Icma.az
close
up
RU
Orta məktəblərin birnövbəli sistemə keçidi təklif edildi SƏBƏB

Orta məktəblərin birnövbəli sistemə keçidi təklif edildi SƏBƏB

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Əvvəllər məktəblərin nəzdində qiyabi qruplar fəaliyyət göstərirdi. Burada əsas məqsəd gənclərin və yaşlıların tam orta təhsil almalarına imkan yaratmaq idi. İşləyən və gündüz dərslərində iştirak edə bilməyənlər qiyabi qruplar axşam dərslərinə qoşulurdular.

Bəs niyə hazırda axşam məktəbləri fəaliyyət göstərmir?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirib ki, əvvəllər məktəb sayı az olduğu üçün, o cümlədən əhalinin sıxlığı səbəbindən belə qərara alınmışdı. Amma hazırda ölkədə 4400-dən çox ümumi və tam orta təhsil müəssisəsi fəaliyyət göstərir və 1 milyon 600 mindən çox şagird təhsil alır:

"Tam olaraq axşam şöbəsi olmasa da, bəzi yerlərdə əhalinin sıxlığı və məktəblərin azlığı səbəbindən ikinci növbə yaradılıb və  yenə də şagirdlər axşam saatlarında - saat 6-da, 7-ə işləmiş dərsdən çıxırlar. Yəni iki növbəli bir sistem tətbiq olunub. Kənd yerlərində isə əhali, təəssüflər olsun ki, əvvəlki qədər deyil. Onların böyük əksəriyyəti iri şəhərlərə, əsasən də paytaxta köçürlər və nəticə etibarilə məhz orada da, kənd məktəblərində də bir növbəli sistem, bəzi hallarda iki növbəli sistem tətbiq olunur. Axşam şöbələri isə demək olar ki, yoxdur. İstisna hallarda bəzilərində ola bilər, bu da əsasən qəsəbə tipli məktəblərdir ki, onlarda şagird sayı çoxluğu, məktəbin balacalığı səbəbindən tətbiq oluna bilər".

Ekspertin sözlərinə görə, axşam məktəblərinin formalaşmasına ehtiyac yoxdur:

"Çünki əsasən biz tərəfdarıyıq ki, bir növbəli sistem tətbiq olunsun, məktəblərdə və əhalinin sıx məskunlaşdığı ərazilərdə yeni məktəblər tikilib istifadəyə verilsin və yaxud mövcud məktəblərin korpusları yaradılsın. Çünki iki növbəli sistemdə artıq şagirdlərdə yorğunluq olur. Eyni zamanda günün ikinci yarısı informasiyanın qəbulu ilə bağlı bəzi hallarda çətinlik çəkirlər. Bu nöqteyi-nəzərdən birnövbəli və səhər çağları dərslərin tədris olunması daha məqsədəuyğundur".

Sevinc İBRAHİMZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Noyabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri