Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

“Ortopedik” adı ilə satılan bahalı çantalarla bağlı XƏBƏRDARLIQ

“Ortopedik” adı ilə satılan bahalı çantalarla bağlı XƏBƏRDARLIQ

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər il məktəb çantalarının ağırlığı məsələsi müzakirə edilir. Belə ki, həm dərsliklərin, həm iş dəftərlərinin qoyulduğu çantaları daşımaq xüsusilə azyaşlılar üçün xeyli çətindir. Bu barədə mütəxəssislər dəfələrlə xəbərdarlıq ediblər ki,  ağır məktəbli çantası uşaqlarda bel, boyun və çiyin ağrılarına, əzələ gərginliyinə və duruş pozuntularına səbəb ola bilər. Buna görə də bəzi valideynlər üzərində “ortopedik” yazılan çantalar almağa daha çox üstünlük verirlər. Belə çantaların qiyməti isə bir xeyli yüksək,  100-150 manat arasında dəyişir. Bu səbəbdən hər kəsin cibinə uyğun deyil.
Maraqlı suallardan biri də budur ki, çanta ağır olsa belə, onun ortopedik olması uşağın onurğa sağlamlığını qoruya bilər? Yoxsa, bu, şişirdilmiş düşüncədir?
Bizim.Media mövzuyla əlaqədar fizioterapevt Əziz Dəvrişovun fikirlərini öyrənib. Fizioterapevt vurğulayıb ki, bir çox istehsalçı “ortopedik” sözünü marketinq məqsədilə istifadə edir.
Həkim ilk olaraq, valideynlərə faydalı çanta seçərkən nələrə diqqət etməli olduqları barədə məsləhət verib:
“Uşağın onurğası üçün faydalı olan əsas xüsusiyyətlər çantanın bədənə uyğun ölçüdə olması, arxa hissəsinin dəstək verməsi, enli və tənzimlənən çiyin qayışlarına malik olması və yükün bərabər paylanmasına imkan yaratmasıdır. Yəni faydanı müəyyən edən yazı deyil, erqonomik quruluşdur”.
Müsahibimiz vurğulayıb ki, heç bir ortopedik çanta həddindən artıq ağırlığın mənfi təsirini tam aradan qaldıra bilməz.
“Elmi araşdırmalar göstərir ki, əsas risk faktoru yükün miqdarı və daşınma üsuludur. Ağır çanta bədənin ağırlıq mərkəzini dəyişir, uşağın irəli əyilməsinə, çiyin və bel nahiyəsində əlavə yüklənməyə səbəb ola bilər. Erqonomik çanta bu yükü daha rahat paylaşdıra bilər, lakin artıq çəkini kompensasiya etmir.
Çantanın üzərində “ortopedik” yazılması onun tibbi cəhətdən üstün olduğunu sübut etmir. Valideynlər etiketə deyil, çantanın funksional xüsusiyyətlərinə diqqət etməlidirlər: yüngül material, bədənə yaxın oturuş, sərt və dəstəkli arxa panel, enli qayışlar və düzgün ölçü daha önəmlidir. Ən sağlam çanta uşağın boyuna və bədən quruluşuna uyğun seçilən çantadır”.
Bəzi valideynlər arasında belə bir tendensiya yaranıb ki, çanta mütləq ortopedik olmalıdır. Əziz Dəvrişov isə bu düşüncəni şişirdilmiş hesab edir.
“Fizioterapiya baxımından uşağın onurğa sağlamlığını qoruyan tək bir məhsul yoxdur. Əsas amillər düzgün çanta seçimi, çantanın düzgün taxılması (hər iki çiyində), lazımsız əşyaların daşınmaması və uşağın gündəlik fiziki aktivliyidir. Yəni məqsəd “ortopedik” sözünü almaq deyil, erqonomik və düzgün istifadə olunan çanta seçməkdir.
Fizioterapevt kimi yekun mesajım budur ki onurğanı qoruyan etiket deyil, erqonomik seçim və düzgün istifadə vərdişidir. Məktəbli çantası uşağa uyğun olmalı, yük bərabər paylanmalı və çanta hər zaman hər iki çiyində daşınmalıdır”,-deyə müsahibimiz sonda qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Avqust 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri