Icma.az
close
up
RU
Oruc tutan və tutmayan DEPUTATLAR

Oruc tutan və tutmayan DEPUTATLAR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ramazan ayının başlaması ilə birlikdə ictimai məkanda oruc ibadətinə münasibət yenidən müzakirə mövzusuna çevrilib. Cəmiyyətdə tez-tez səslənən suallardan biri də deputatların oruc tutub-tutmamasıdır. 
Modern.az saytı bu marağı nəzərə alaraq, deputatlar arasında sorğu keçirib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa oruc tutan deputatlar sırasında yer alır. O bildirib ki, oruc tutan və tutmayanları bir-birindən ayırmaq düz deyil. Hər kəs, fərqi yoxdur deputat və ya sadə vətəndaş olsun, orucu şəxsi inancına görə tutur:
“Oruc tutmayan, iftar süfrəsi açmayan yetərli sayda insanlar var. Bu onlardan fərqliliyimizi göstərmək mənasına gələ bilər. Ona görə də oruc tutmağı, iftar süfrəsi açmağ təbliğat vasitəsi olaraq görmürəm. Oruc tutan və ya tutmayan hər kəsə can sağlığı diləyirəm” – o bildirib.
Şeyxülislam Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə qeyd edib ki, o uzun müddətdir hər Ramazan ayında oruc tutur:
“Uşaqlıqdan olmasa da, uzun müddətdir oruc tuturam. Allah qismət etsin, gələn il də oruc tutaq” – deyə C.Paşazadə deyib. 
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev oruc tutmur, amma belə bir niyyəti var. Deputat bu ayın insanları fikirləşməyə, mənəvi təmizlənməyə, paylaşmağa, dəyərlərin gücləndirilməsinə çağırdığını qeyd edib:
“Ramazan ayını xeyirxah əməllərlə keçirməyi planlaşdırıram. İmkan olsa, oruc da tutacağam, belə niyyətim də var. Bu ayın mənəvi atmosferindən faydalanmağa çalışacağam. Qeyd etmək istəyirəm ki, cəmiyyətimizdə hər zaman birlik, həmrəyliyin qorunması mühüm məsələdir, arzu edirəm ki, hər zaman belə olaq. Bu ayda seçicilərlə görüşdə, qəbul vaxtlarında mütləq şəkildə sosial məsələlərin qabardılmasını önə çıxaracağam”.
Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov:
“Azərbaycanda dini inancların yerinə yetiriləməsi üçün hər bir şərait var. Bizim vətəndaşlarımızın əksəriyyəti inanclıdır. Onlar da çalışırlar ki, bu inancı yerinə yetirsinlər. Ramazan eyni zamanda paklanma, təmizlənmə ayıdır. Bu ayda hər kəs çalışmalıdır ki, paklansın. Bu mənada Ramazan ayı çox önəmlidir və mən də Ramazan ayı boyunca oruc tuturam. Allah bütün orucları və duaları qəbul etsin”.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Ramazan ayında bəlli bir saatda ac qalmaq, bioloji bir əziyyəti hiss etmək deyil. Bu ay gözün də, qulağın da, əllərin də, ruhun da təmizliyə çatması istənilir. 

“Ona görə də Nəcib Fazil Kisakürəyin çox parlaq bir ifadəsi var. O söyləyir ki, oruc Ramazan bitincə başlar. Orucluq bir ay üçün buyurulmuş deyil, həyatı boyudur, bütün ömür üçündür. Ona görə də Azərbaycanda hər il oruc tutanların sayı artmaqdadır və bu öz-özlüyündə bir inanc göstərişidir”.

Deputat qeyd edib ki, o vacib dövlət işləri səbəbindən oruc tuta bilmir:
“Amma inanın ki, hər zaman o prinsipləri həyatımızda, insanlarla gündəlik münasibətimizdə, cəmiyyət qarşısında hesabatlılıqımızda, bir ailə başçısı kimi övladlara münasibətimizdə qoruyub saxlayırıq. Çalışırıq ki, tikəmizi mümkün olduğu qədər bölək, paylaşaq, xeyirxahlığı ötürək, onu genişləndirək. Bu üzdən oruc tutanların hər birinə bu müqəddəs ayda uğurlar arzulayırıq. Əminəm ki, Azərbaycan insanları gələcək dövrdə də bu ilahi prinsiplərlə yaşamağı üstün tutacaqlar”. 
Deputat Novruz Aslan da uzun müddətdir oruc tutan millət vəkilləri arasındadır. O saytımıza açıqlamasında qeyd edib ki, bu ay da oruc tutacaq. 
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev:
“Mən inanclı insanam. Allahımıza inanıram, ibadət edirəm. Ancaq oruc tutmuram. Oruc tutmağın çox vacib amilləri var. İnsan saf, sərbəst, müəyyən vərdişlərdən uzaq olmalıdır. Ancaq biz daim iş yerində olur, səfərlərə gedir, insanlarla təmasda oluruqsa, elə bilirəm müəyən mənada bu prinsiplər pozulur. Ona görə də, hər kəs bu barədə düşünməlidir. Mən də düşünürəm və müəyyən səbəblərə görə, oruc tutmuram. Çünki qaydaları poza bilərəm. Əlbəttə ki, bunun özü də günahdır, bağışlanmazdır”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Fevral 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri