Icma.az
close
up
RU
Oruc tutan zaman susuzluğu necə dəf edək? TÖVSİYƏLƏR

Oruc tutan zaman susuzluğu necə dəf edək? TÖVSİYƏLƏR

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnsan orqanizmi üçün su olduqca önəmlidir. Maddələr mübadiləsinin düzgün işləməsi və orqanizmin ümumi fəaliyyəti üçün suyun əhəmiyyəti danılmazdır.

Oxu.Az xatırladır ki, Ramazan ayında oruc tutanlar üçün sudan düzgün istifadə həm sağlamlığı qorumaq, həm də oruc müddətində susuzluğun qarşısını almaq baxımından xüsusilə vacibdir.

Su istehlakı ilə yanaşı, qidaların seçimi də oruc müddətini rahat keçirmək üçün böyük əhəmiyyət daşıyır. Bütün bunları nəzərə alaraq, Ramazan ayı boyunca sağlamlığı qorumaq və orucu rahat keçirmək mümkündür.

Mütəxəssislər bildirirlər ki, oruc tutan zaman orqanizmin suya olan ehtiyacı daha da artır. Bu səbəbdən, iftardan başlayaraq imsak bitənə qədər ən azı 2.5 litr su içmək məsləhət görülür. Bu, oruc tutarkən yaranan susuzluğu azaltmağa və orqanizmi lazımi qədər maye ilə təmin edə bilər.

Mütəxəssislər onu da qeyd edirlər ki, yaşlı insanlar, xüsusən də böyrək, ürək və təzyiq problemləri yaşayanlar üçün maye istehlakı daha vacib olduğu üçün onların suya olan tələbatı həkim nəzarətində hesablanmalı və xüsusi ehtiyaclarına uyğun şəkildə qəbul olunmalıdır.

Hər kəsin bədən quruluşu və sağlamlıq vəziyyəti fərqli olduğu üçün fərdi yanaşma çox önəmlidir.

İsti, soyuq, yoxsa ilıq su?

Oruc açarkən suyun yalnız miqdarı deyil, həm də temperaturu çox önəmlidir. Soyuq su mədədə sıxılmalara və həzm çətinliklərinə səbəb ola bilər. Bu səbəbdən də suyun otaq temperaturunda olması tövsiyə edilir. Bu, həm də mədənin rahatlanmasına və oruc tutarkən hiss olunan narahatlıqların azalmasına kömək edir.

Oruc tutanların iftar və imsakda suya olan ehtiyacını daha da artıran duzlu və ədviyyatlı qidalardan qaçınmaları vacibdir. Bu cür qidalar susuzluğu artırır və oruc tutmaq çətinləşir.

Diyetoloqlar iftar və imsak arasında içəcəyiniz suya təzə limon dilimləri, nanə yarpaqları və ya darçın əlavə etməyi tövsiyə edirlər. Bu əlavələr mədəni rahatlaşdırır, şirniyyat istəyini azaldır və ümumilikdə oruc tutmağı asanlaşdırır.

Oruc tutan zaman susuzluq hissi yaşamamaq üçün su miqdarı yüksək olan tərəvəz və meyvələrdən də faydalanmaq olar. Məsələn, iftar süfrəsində tərəvəz salat və yeməklərinin çox olması bədənin su ehtiyacını qarşılayır və oruc zamanı susuzluğu azaldır.

Oruc tutan zaman çay və qəhvəni iftardan bir-iki saat sonra qəbul etmək tövsiyə olunur.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Mart 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri