Icma.az
close
up
RU
Oruc tutanlar necə qidalanmalıdır? Dietoloqdan vacib tövsiyələr

Oruc tutanlar necə qidalanmalıdır? Dietoloqdan vacib tövsiyələr

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ramazan ayında düzgün qidalanma sağlam qalmaq və enerjili olmaq üçün vacibdir. Səhv qidalanma vərdişləri mədə problemlərini artıra və Ramazan ayında oruc tutmağı çətinləşdirə bilər. 


Ramazanda oruc tutanlar necə qidalanmalıdır? Sahur və iftar zamanı nələrə diqqət edilməlidir? Kimlərə oruc tutmaq riskli ola bilər? 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən dietoloq Alidə İbrahimova oruc tutan şəxslərin sahur və iftarda nələrə diqqət etməli olduğunu, həmçinin mədə problemləri və xroniki xəstəlikləri olanlar üçün tövsiyələrini verib. 


Mütəxəssisin sözlərinə görə, sahura qalxmaq orqanizmin enerji ehtiyacını qarşılamaq üçün mütləqdir: “Uzun müddət ac qalmaq qan şəkərinin düşməsinə, halsızlıq və yorğunluğa səbəb ola bilər. Buna görə də sahuru mütləq etmək lazımdır. Xüsusilə zülallı qidalara üstünlük verilməlidir. Çünki protein tərkibli qidalar gec həzm olunduğuna görə uzun müddət tox saxlayır. Bununla yanaşı, tərəvəzlər və sağlam yağlar da menyuda olmalıdır.” 


Dietoloq qeyd edib ki, sahurda duzlu və qızardılmış qidalardan uzaq durmaq vacibdir: “Duzlu qidalar susuzluğu artırır, qızartmalar isə həzmi çətinləşdirir. Şəkərli məhsullar da qan şəkərinin sürətlə yüksəlməsinə və daha sonra düşməsinə səbəb olduğu üçün tövsiyə edilmir.” 


A.İbrahimova bildirib ki, iftar zamanı ilk olaraq sulu yeməklərə, tərəvəz şorbalarına üstünlük verilməlidir. Onun sözlərinə görə, uzun müddət ac qalan mədəyə ağır qidalarla yüklənmək həzm problemlərinə səbəb ola bilər: “İftarı su və ya xurma ilə açmaq məsləhətdir. Ardınca sulu yeməklər qəbul edilməlidir. Ağır yeməklər mədəyə zərər verə bilər. Ağ undan hazırlanmış məhsullardan, çox yağlı və qızardılmış yeməklərdən uzaq durmaq lazımdır. Su içərkən isə birdən-birə çox miqdarda qəbul etmək düzgün deyil. Qurtum-qurtum içmək daha yaxşıdır.” 


A.İbrahimova bildirib ki, yeməkdən dərhal sonra çay və qəhvə içmək həzm sisteminə mənfi təsir göstərir, xüsusilə də ət yeməklərindən sonra bu içkilərdən çəkinmək məsləhətdir. Hazırda qastrit və reflü xəstəliklərinin geniş yayıldığını vurğulayan Alidə İbrahimova bildirib ki, bu problemi olan şəxslər oruc tutarkən daha diqqətli olmalıdır: “Turşuluğu artıran qidalardan uzaq durmaq lazımdır. Turş meyvələr, qazlı içkilər, çox ədviyyatlı yeməklər mədə turşuluğunu artırır. Ağır və yağlı yeməklər isə mədə yanmasını daha da artırır.”


Müsahibimiz şəkərli diabet və yüksək təzyiq problemi olan şəxslərin də sahur və iftar zamanı diqqətli qidalanmalı olduğunu bildirib: “Şəkər xəstələrinin boşqabında mütləq tərəvəz olmalıdır. Əgər yaş 40-dan yuxarıdırsa, xüsusilə bişmiş tərəvəzlərə üstünlük verilməlidir. Tərkibində sağlam yağlar olan qidalar – zeytun yağı, avokado yağı, kərə yağı – menyuda olmalıdır.” 


Dietoloqun sözlərinə görə, hamilə və süd verən anaların oruc tutub-tutmaması fərdi yanaşma tələb edir. Əgər oruc tuturlarsa, onların menyusunda D vitamini və kalsiumla zəngin qidalar olmalıdır: “Süd və süd məhsulları, balıq, yumurta, qaraciyər kimi qidalar qəbul edilməlidir. Bundan əlavə, sağlam yağlara - zeytun yağı, kərə yağı, avokado yağına üstünlük verilməlidir. Şirniyyat və ağ undan hazırlanmış məhsullardan uzaq durmaq vacibdir.” 
Dietoloq bildirib ki, düzgün qidalanma qaydalarına əməl etməklə orucu sağlam və enerjili keçirmək mümkündür. 

Bəsti Rəfizadə
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 Mart 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri