Icma.az
close
up
RU
Orucluqda yeməklə yanaşı buna da diqqət edin Fotolar

Orucluqda yeməklə yanaşı buna da diqqət edin Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ramazan ayında dəyişən qidalanma və ibadət saatları yuxu rejiminə də təsir göstərir. Xüsusilə imsak vaxtında oyanmaq bir çox insan üçün çətinlik yaradır.

“Qafqazinfo” xəbər verir ki, nizamsız yuxu həm gün ərzində halsızlığa, həm də diqqət dağınıqlığına səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə, Ramazanda əsas məqsəd yuxunun keyfiyyətini qorumaqdır. Bunun üçün gec saatlara qədər oyaq qalmaq tövsiyə edilmir. İftar və axşam ibadətlərindən sonra mümkün qədər tez yatmaq, azı 6-7 saatlıq ümumi yuxu periodunu təmin etmək vacibdir.

Həkimlər bildirirlər ki, imsak üçün oyanmaqda çətinlik çəkənlər iki mərhələli yuxu rejimi tətbiq edə bilərlər. Bu rejimə əsasən, axşam daha erkən yatmaq, imsakdan sonra isə imkan daxilində 60–90 dəqiqəlik əlavə yuxu almaq orqanizmin bərpasına kömək edir.

Elektron cihazlardan istifadə də yuxu keyfiyyətinə təsir göstərən əsas amillərdəndir. Mütəxəssislər yatmazdan ən azı 30–60 dəqiqə əvvəl telefon və planşetdən uzaq durmağı, otağı havalandırmağı və işıqları azaltmağı məsləhət görürlər. Bu, melatonin hormonunun ifrazını tənzimləyərək daha rahat yuxuya getməyə kömək edir.

Eyni zamanda, iftarda həddindən artıq ağır və yağlı qidaların qəbulu gecə yuxusunu poza bilər. Həkimlər axşam saatlarında kofeinli içkilərdən - qəhvə və güclü təsiredici tərkibli çaylardan uzaq durmağı da tövsiyə edirlər.

İmsak üçün bir neçə zəngli saat qurmaq, telefonu yataqdan bir qədər uzaq yerə qoymaq və hər gün eyni saatda yatıb-durmaq bioloji saatın uyğunlaşmasına kömək edir.

Davamlı yuxusuzluq, güclü baş ağrıları və ya ürək ritmində pozuntular müşahidə olunduqda mütləq tibbi məsləhət alınmalıdır.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Fevral 2026 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri