Icma.az
close
up
RU
Orucluqda protein itkisini belə bərpa etmək olar

Orucluqda protein itkisini belə bərpa etmək olar

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ramazan ayında qidalanma rejiminin dəyişməsi bir çox insanın zülal çatışmazlığı ilə üzləşməsinə səbəb olur. Xüsusilə ət, balıq və süd məhsullarının az qəbul edildiyi dövrdə orqanizmin ehtiyac duyduğu proteini başqa mənbələrdən almaq vacib sayılır.
Demokrat.az xəbər verir ki, bu barədə rusiyalı həkim-endokrinoloq Yuliya Atamanova danışıb. Onun sözlərinə görə market və restoranlarda təqdim edilən “pəhriz” menyuları çox vaxt karbohidratlarla zəngin olur və orqanizmin ehtiyac duyduğu zülalı təmin etmir. Kələm pirojkiləri, tərəvəzli makaron və kartof kotletləri kimi yeməklər doyurucu olsa da, bədən üçün vacib olan “tikinti materialı”nı vermir.
Həkim bildirir ki, bu problemi aradan qaldırmaq üçün hər qida qəbulunda bitki mənşəli zülal mənbələrinə yer vermək lazımdır. Səhər yeməyində su ilə bişirilmiş yulaf sıyığına soya proteini tozu, qoz-fındıq və giləmeyvə əlavə etmək yaxşı seçim sayılır. Gün ərzində qəlyanaltı kimi bir ovuc çərəz yemək kifayət edir. Lakin kalori balansını pozmamaq üçün gündə 30 qramdan artıq qoz-fındıq qəbul etmək tövsiyə edilmir.
Nahar zamanı mərci, noxud, lobya kimi paxlalı bitkilərə üstünlük vermək məsləhət görülür. Bu məhsulları şorbalara və salatlara əlavə etmək və ya ayrıca yemək kimi istifadə etmək mümkündür. Məsələn, paxlalı bitkilər və tərəvəzlərlə hazırlanan salatın yanında tam buğda unundan makaron və tofu pendiri yaxşı seçim hesab olunur. Axşam yeməyində isə pörtlədilmiş tərəvəzlər və sobada bişmiş tofu daha faydalı sayılır.
Bundan əlavə, müasir qida sənayesi oruc tutanlar üçün müxtəlif alternativlər təqdim edir. Marketlərdə satılan bitki mənşəli qiymə, sosis və kotletlər də zülal ehtiyacının qismən qarşılanmasına kömək edə bilər.
"Düzgün planlaşdırılmış menyu sayəsində oruc dövründə həm əzələ kütləsini qorumaq, həm də özünü enerjili hiss etmək mümkündür", - o fikrini yekunlaşdırıb.
Aytən
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Mart 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri