Orxan Əfəndiyev və Uğur İbrahimlinin sığorta şirkəti külli miqdarda borca DÜŞDÜ
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Xalq Həyat" Sığorta ASC və "Meqa Sığorta" ASC külli miqdarda borca düşüb.
Bu barədə Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir.
Məlumata görə, "Xalq Həyat" Sığorta ASC-nin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 264 350.24 manat, "Meqa Sığorta" ASC-ni isə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 143 918.53 manat borcu yaranıb.
Qeyd edək ki, "Xalq Həyat" Sığorta 2019-cu ildən fəaliyyət göstərir. Cəmiyyətin nizamnamə kapitalı 15 mln. manat təşkil edir və səhmlərinin 100 faizi "Xalq Sığorta" ASC-yə məxsusdur. İdarə Heyətinin sədri Orxan Əfəndiyevdir.
"Meqa Sığorta" isə 2010-cu ildə təsis edilib, nizamnamə kapitalı 23 mln. manatdır. İdarə Heyətinin sədri Uğur İbrahimlidir. Şirkət "Meqa Həyat Sığorta" ASC-nin səhmlərinin 100 faizinə sahibdir.

Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 02 Aprel 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















