Icma.az
close
up
RU
Orxan Əsgərovun atasından rəsmi Tehranın edam qərarına Münasibət

Orxan Əsgərovun atasından rəsmi Tehranın edam qərarına Münasibət

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı Səfirliyinə hücum edən Yasin Hüseynzadənin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Məhkəmə qərarının zərərçəkənlərin və onların yaxınlarının edamın icrasını tələb etdiyi halda, cinayət işinin icra olunması üçün əlaqədar quruma göndəriləcəyi açıqlanıb.

Səfirliyimizə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onlar hadisəni törədən şəxsin edam olunmasını tələb edirlər: “Biz rəsmilərlə görüşümüzdə də, sənədləri hazırlayıb İran İslam Respublikasının Ali Məhkəmə orqanına göndərəndə də bir tələbimiz olub: edam. Qisas qismində edam. Bizim başqa bir tələbimiz olmayıb.

Bu terror hadisəsindən 2  il keçməsinə baxmayaraq, hələ də İran İslam Respublikasında həmin terrorçunun öz layiqli cəzasını almasına əngəl törədirlər. Mən dəfələrlə Bakıda İranın müvafiq hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşmüşəm. Onlar bildiriblər ki, İslam dini ilə əlaqəli qanunlara uyğun biz onları kompensasiya qismində bağışlaya bilərik və edam etdirə bilərik. Lakin bizim bir qərarımız olub - edam. Müxtəlif sənədlər hazırlamışıq və İrana yollamışıq. Lakin bu qərar icra olunmayıb. Dövlət rəhbərliyinin, müvafiq orqanların bu işə ciddi yanaşması nəticəsində İran Ali Məhkəməsi qərarı təsdiq edib. Yəqin ki edam hökmü qüvvədə olacaq. Biz sənədləri hazırlayıb İrana yollayacağıq və yaxında edam hökmü icra olunacaq”.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Yunis Quliyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Yanvar 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri