Icma.az
close
up
RU
Qəhrəman telejurnalistin unudulmaz xatirəsi

Qəhrəman telejurnalistin unudulmaz xatirəsi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qarakənd faciəsindən 35 il ötür 

Tariximizin qanlı səhifələrindən biri olan Qarakənd faciəsinin ildönümü gü­nündə Azərbaycan Kinematoqrafçılar İttifaqında Kəmalə Musazadənin ssena­ri müəllifi və rejissoru olduğu “Alı zir­vəsi” filmi nümayiş etdirildi. 

Qəhrəman jurnalistin anadan olma­sının 65 illik yubileyində ərsəyə gəlmiş bu ekran əsəri keçmişin acı həqiqətlərini kino sənətinin imkanları ilə yenidən dilə gətirərək gələcək nəsillərin yaddaşına həkk etmək məqsədi daşıyır. Hər kadrında Vətən həsrəti, millət təəssübkeşliyi və ta­rixi həqiqətlərin ağırlığı duyulan bu ekran işinin belə bir gündə yenidən xatırlanması millətin öz qəhrəmanlarına olan sarsılmaz vəfasının və bu müqəddəs yurdun hər qarı­şına bəslədiyi sonsuz sevginin bədii ifadə­sidir. Kinonun keçmişlə gələcək arasında mənəvi bir körpü rolunu oynadığını bir daha sübut edən bu tədbir unudulmaz fa­ciənin mahiyyətini və ağır nəticələrini bir daha xatırlatmış oldu. 

Xatirə mərasimində filmin müəllifi Kəmalə Musazadə bildirdi ki, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin sifarişi ilə “Azərbaycanın Milli Qəhrə­manları” silsiləsinə başlanıldı. Bu silsilə çərçivəsində Birinci və İkinci Qarabağ mü­haribələrində şəhid olmuş, eləcə də Vətən müharibəsi qəhrəmanları haqqında ümu­milikdə 115 sənədli film çəkildi: 

– Mən bunu Qarabağın, bütövlükdə, Azərbaycanın hərb tarixinin salnaməsi kimi qiymətləndirirəm. Gələcəkdə kimsə Birinci və İkinci Qarabağ müharibələri haqqında araşdırma aparmaq, kitab yaz­maq, film çəkmək istəsə, bu sənədli film­lərdən mühüm mənbə kimi istifadə edə biləcək. Çünki bunlar bədii filmlər deyil, sənədli ekran əsərləridir. Hər şey olduğu kimi, sənədlərə və real faktlara əsaslanaraq əks etdirilib. Nəticədə, çox böyük və qiy­mətli arxiv toplanıb. 

Vaxtilə BDU-nun jurnalistika fakültə­sində şəhid həmkarımızla tələbə yoldaşı olmuş, Azərbaycan Televiziyasında onun­la bir redaksiyada işləmiş, Əməkdar jur­nalist Tahir Aydınoğlu Alı Mustafayevin jurnalistika sahəsindəki fəaliyyətindən, peşəkarlığından və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında göstərdiyi əvəz­siz xidmətlərdən danışdı. 

O söylədi ki, jurnalistika fakültəsini bitirən tələbələrin işlə təmin olunmasının çətin olduğu bir dövrdə Alı Mustafayevin birbaşa Dövlət Televiziyasına, özü də ən nüfuzlu redaksiyalardan birinə qəbul olun­ması onun istedadının göstəricisi idi. Gənc Alı hələ tələbəlik illərindən televiziyada verilişlər aparır, özünəməxsus üslubu, peşəkarlığı və zəhmətkeşliyi ilə seçilirdi. Onun jurnalist fəaliyyəti qısa müddətdə geniş miqyas almış, bölgələrdə çəkilişlərin və reportajların əsas yükü də məhz onun üzərinə düşmüşdü. 

Kinematoqrafçılar İttifaqının əməkda­şı, Alı Mustafayevin keçmiş iş yoldaşı Akif Cabbarlı isə qeyd etdi ki, unudulmaz həm­karı bir neçə jurnalistin görə biləcəyi işi təkbaşına yerinə yetirir, hadisələrin mərkə­zində olmağa, həqiqətləri ictimaiyyətə çat­dırmağa çalışırdı. 1988-ci ildə Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı xəbərlər onun fəaliyyətində yeni mərhələnin baş­lanğıcı oldu. Bölgədə baş verən hadisələr, separatçılıq meyillərinin güclənməsi və sonradan müharibəyə çevrilən proseslər qəhrəmanın jurnalist fəaliyyətinin əsas is­tiqamətini müəyyənləşdirdi. 

Məclisdə o da bildirildi ki, Alı Mus­tafayev Qarabağda baş verənləri işıqlan­dırmaqla, mümkün olan bütün vasitələrlə həqiqətləri çatdırmaqla jurnalistikanın yalnız informasiya ötürmək deyil, həm də tarixi məsuliyyət daşımaq olduğunu sübut etdi. O, Qarabağ mövzusunda həqiqətlərin carçısına çevrilərək öz peşəkar fəaliyyəti, cəsarəti və Vətənə bağlılığı ilə Azərbaycan jurnalistikasında silinməz iz qoydu. 

Anım gecəsinin sonunda Vətənə, yurda bağlılığı tərənnüm edən musiqilər səslən­dirildi.

Fidan ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri