Icma.az
close
up
RU
Orxan Fikrətoğlu ittihamlara cavab verdi: Cahil cameə!

Orxan Fikrətoğlu ittihamlara cavab verdi: Cahil cameə!

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çox bəsit, cahil yanaşmadır. Mənbədən xəbərsizlikdir. Mən sizə faktları deyim. O faktları ki, jurnalistlər, cahil cameə, kinoya dünən gəlib artıq özünü “kinoçu” sayanlar tamamilə səhv anlayışlarla yaşayırlar".

Hurriyyet.az apa-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktor vəzifəsini müvəqqəti olaraq icra edən Orxan Fikrətoğlu bildirib.

O əlavə edib: "Mən artıq 2 ildir bu aydın həqiqətləri onlara izah edə bilmirəm. ARKA-nın konkret özəl məlumat saytı var və orda bizim nə işlər gördüyümüz hər gün açıq-aydın yazılır. Həmçinin biz “Kinoinfo” saytını maliyyə ilə təmin edirik. O sayta Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov rəhbərlik edir. Biz onlara hər ay pul köçürürük. Əlisa Cabbarov da peşəkar kino işinin bilicisi kimi ARKA-nın fəaliyyətini “Kinoinfo” saytında jurnalistlərə çatdırır.Hər iki saytda ARKA-nın nə etdiyi, hansı filmlərə maliyyə ayırdığı şəffaf yazılır. Bununla belə mənə yenə bu tip bəsit suallar verilir. Demək, bizi ittiham edənlərin Orxan Fikrətoğlu ilə, Mədəniyyət Nazirliyi ilə açıq qərəzlidirlər.

Sizə bir neçə təkrarlanan qərəzi deyim. Birincisi, Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası ARKA-nın tabeliyində deyil. Bizim oranı təmir etməyə nə hüquqi, nə də maliyyə əsasımız var. Eyni zamanda, Nizami Kino Mərkəzi də bizə aid deyil. Onlar hər ikisi özü-özünü maliyyələşdirməli olan qurumlardır.

Ən əsası: ARKA filim istehsal etmir, ARKA filim istehsal etmir, ARKA filim istehsal etmir, ARKA filim istehsal etmir, bunu təkrar-təkrar deməyə məcburam. ARKA operatordur, filim istehsal edən prodüser şirkətlərini maliyyələşdirən, onları ayağa qaldırmaqla yeni prodüser kinosunun təməlini yaradan şəffaf qurumdur.

Biz kino çəkmirik ki, çəkilmiş filmlərin keyfiyyətinə cavabdeh olaq, biz filim çəkmək istəyən prodüser şirkətlərinə dəstək oluruq. Əlbəttə, ssenarinin keyfiyyətini yoxlayırıq, rejissorun səriştəsinə bələd oluruq. Ancaq müsabiqə yoluyla. Biz işə başladığımız bu az müddətdə artıq otuza yaxın prodüser şirkətini işlə təmin etmişik. Bu isə o deməkdir ki, otuza yaxın prodüser şirkəti istehsal təcrübəsi əldə edib. Nə qədər iş yerləri açılıb.

Biz yaranana qədər bu şirkətlərin heç bir iş təcrübəsi yox idi, bəzilərinin ofisləri belə yox idi. Təsəvvür edin, biz 2024-cü ildə 47 layihəni istehsala buraxmışıq, 47 filim istehsal olunub. Haçan olub belə bir şey? Bizə qədər olub? Azərbaycan kino tarixində ilk dəfə özəl sektor ARKA-ya on milyona yaxın maliyyə öhdəliyi götürüb. Nazirlər Kabinetinin kinonun inkişafına mane olan 1997-ci ildə qəbul edilmiş sərt 38-ci düzəliş qaydaları dəyişdirilib. Bu günə qədər biz müsabiqə yoluyla büdcədən dörd milyon yüz min pul xərcləmişik, bir milyon yeddi yüz min manat vəsaiti isə özəl sektordan əldə etmişik. Bu da sənə özəl dövlət istehsal münasibətlərinin şəkillənməsi.

İlk dəfədir ki, kino istehsalına özəl sektor iki milyona yaxın yatırım edib. 1983-cü ildən kino işindəyəm, hələ mən Azərbaycan dövlətinin pulundan başqa milli kino prosesinə kənardan bu qədər maliyyə yatırıldığını görməmişdim.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Aprel 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri