Icma.az
close
up
RU
Oskar Piastri üçün faciə: Avstraliya Qran prisində startdan əvvəl qəza VİDEO

Oskar Piastri üçün faciə: Avstraliya Qran prisində startdan əvvəl qəza VİDEO

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Maklaren”in sürücüsü Oskar Piastri doğma divarlar arasında keçirilən “Formula-1” üzrə Avstraliya Qran-prisində böyük şok yaşayıb. Gənc pilot yarışın startına gedən yolda - quraşdırma dövrəsində idarəetməni itirərək bolidini divara çırpıb.

İdman.Biz xəbər verir ki, hadisə dördüncü döngədən çıxışda baş verib. Piastrinin bolidi qəfildən fırlanaraq maneəyə dəyib və ciddi zədələnib. Zərbənin təsirindən maşının asqı sistemi sıradan çıxdığı üçün onun hərəkəti davam etdirməsi və boksa qayıtması qeyri-mümkün olub. Bu səbəbdən avstraliyalı pilot beşinci pillədən başlamalı olduğu yarışda iştirak edə bilməyib.

Piastri hadisədən sonra verdiyi açıqlamada azarkeşlərdən üzr istəyib:

“Belə bir ssenari baş verməməli idi, çox məyusam. Soyuq təkərlər və döngədəki kərpicə toxunmaq idarəetməni itirməyimə səbəb oldu. Hər şey bir anın içində baş verdi”.

Qeyd edək ki, Albert-Parkda keçirilən bu mövsümün ilk yarışı Corc Rassellin qələbəsi və “Mersedes”in dublu ilə başa çatıb. Piastrinin komanda yoldaşı Lando Norris isə finiş xəttini 5-ci sırada keçib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Mart 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri