Icma.az
close
up
RU
Osmanlını yıxan silah Bakıya tuşlandı Türkiyədən inanılmaz addım

Osmanlını yıxan silah Bakıya tuşlandı Türkiyədən inanılmaz addım

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Bizim əbədi müttəfiqlərimiz və ya daimi düşmənlərimiz yoxdur. Əbədi və daimi olan yalnız maraqlarımızdır və əsas vəzifəmiz bu maraqları izləməkdir”.

Britaniyanın sabiq baş naziri Lord Palmerstonun bu siyasi praqmatizm nümunəsini, yəqin, çoxunuz eşitmisiniz. Müasir siyasətdə bu tezisə əməl etməmək misilsiz iradə tələb edir.

Biz Azərbaycanın o misilsiz iradəsini cəmi 1 ay əvvəl – Orta Asiyanın türk dövlətlərinin Türkiyəyə gözlənilməz zərbəsindən sonra gördük. Həmin vaxt Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın Avropa Birliyi ilə imzaladıqları 12 milyard avroluq investisiya vədi qarşılığında Şimali Kipri tanımayacaqlarını bəyan etdilər.

Təkcə Azərbaycan… hə, yenə də (!), həmişə olduğu kimi (!), bu dəfə də (!) təkcə Azərbaycan Türkiyənin yanında dayandı, “sona qədər Şimali Kiprli qardaşlarımızın yanındayıq” dedi.

Böyük müharibədən yenicə çıxmış, ərazisinin 20 faizi yerlə yeksan edilmiş, şəhidlər vermiş Azərbaycan qardaşını – Türkiyəni öz maraqlarına qurban vermədi.

Bəs 1 ay sonra biz nə müşahidə edirik?

Türkiyədə bəzi media orqanları, eləcə də bu ölkənin müəyyən ictimai şəxsləri Azərbaycana qarşı qərəzli və faktoloji əsasdan məhrum, ittiham xarakterli mövqe formalaşdırmağa başlayıb. Söhbət Azərbaycanın İsraillə qarşılıqlı strateji maraqlara, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığına qarşı başladılmış kampaniyadan gedir. Bunu isə Türkiyə cəmiyyəti üçün həssas bir məsələ – Qəzza böhranı üzərindən edirlər.

Təbii, Qəzza böhranının yaranmasında və ya İsrailin buradakı əməliyyatlarında, işğal faktında Azərbaycanın rolu sıfır dərəcəsindədir. Əgər Türkiyədə kimsə Qəzzanın işğalında günahkar axtarmaq istəyirsə, başını Qərbə çevirib, strateji müttəfiqi ABŞ-a baxa bilər. Qəzzada keçirilən əməliyyatlarda ABŞ-ın hansı miqyasda rol oynadığı heç kimə  sirr deyil. İş belədirsə, onda Türkiyə niyə ABŞ-la münasibətlərini bloklamır?

Gəlin müqayisə aparaq:

– Azərbaycan müstəqillik əldə etdikdən sonra Fələstini dövlət kimi tanıdı;

– Türkiyənin strateji müttəfiqi ABŞ isə Fələstini dövlət hesab etmir.

– Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir;

– Türkiyənin strateji müttəfiqi ABŞ isə deyir ki, fələstinlilər Qəzzanı boşaltsın.

– Azərbaycan, demək olar ki, hər il Fələstinə humanitar – pul, ərzaq, tibbi yardım göstərir;

– Türkiyənin strateji müttəfiqi ABŞ isə İsrailin buradakı hərbi əməliyyatlarında aktiv rol oynayır.

– Azərbaycan Fələstində uşaqlar üçün orta məktəb inşa edir;

– Türkiyənin strateji müttəfiqi ABŞ isə buradakı məktəblərin dağılmasına zəmin yaradan hərbi yardımlar edir.

– Azərbaycan deyir ki, müstəqil Fələstin dövləti qurulmalı, Şərqi Qüds onun paytaxtı olmalıdır.

– Türkiyənin strateji müttəfiqi ABŞ isə Qüdsü İsrailin paytaxtı kimi tanıyır.

Siyahını uzatmaq olar, amma zənnimcə, kifayətdir. Digər tərəfdən, Türkiyə-ABŞ münasibətləri həm tarixi, həm də hərbi və iqtisadi sahələrdə Azərbaycan-İsrail münasibətlərindən əhəmiyyətli dərəcədə geniş və çoxşaxəlidir.

Ortada bu qədər fakt var ikən niyə Türkiyədə Azərbaycanı etibarsızlaşdırmağa çalışan aktorlar rəsmi Ankaranı ABŞ-la diplomatik münasibətləri tamamilə dondurmağa çağırmırlar?

Axı Qəzzaya hücumlarda İsrailə misilsiz dəstək verən ölkə məhz Türkiyənin strateji müttəfiqi ABŞ-dır!

Azərbaycan isə son 100 ildə özü daha ağır vəziyyətlərdə olmasına rəğmən, Türkiyəyə yardım, kömək əlini uzadıb.

Birinci Dünya müharibəsinin gedişində ərəblərin xəyanəti nəticəsində Osmanlı süquta qədəm qoydu, bir sıra cəbhələrdə ağır məğlubiyyətlərə uğradı və nəzarəti olan xeyli ərazini, həmçinin bu gün müzakirə mövzusu olan Qüdsü itirdi. 

Hansı ki, o ərəfələrdə azərbaycanlılar Çanaqqalada türk qardaşları ilə çiyin-çiyinə tarixin ən böyük azadlıq mübarizəsindən birini verirdilər.

O ərəblərin türklərə münasibəti, bu da Azərbaycan türklərinin münasibəti.

Bu gün Türkiyə Cümhuriyyəti mövcuddursa, bunda Azərbaycanın da payı var. Birinci Dünya müharibəsindəki ağır məğlubiyyətdən sonra Osmanlı imperiyası parçalanmış, Sevr müqaviləsi ilə dövlətin mövcudluğu sual altına düşmüşdü. Mustafa Kamal Paşanın rəhbərliyi ilə başlayan Qurtuluş savaşında türklərin yanında olan yenə də Azərbaycan idi. Həmin dönəm bu mübarizənin rəhbərləri Azərbaycan və Bolşevik Rusiyasından yardım istəmişdi. Azərbaycan ciddi maneələrə rəğmən türk qardaşlarına yardım əlini uzatmışdı. Rusiya isə maddi yardım müqabilində Türkiyənin Bolşevik dövlətləri qrupuna qoşulmasını ümid edirdi.

Azərbaycanın Osmanlıya qızıl, pul və neft şəklində yardımı 1920-ci ildən 1922-ci ilə qədər davam etmişdi. Bu gün obyektiv türk araşdırmaçı-tarixçiləri də qeyd edirlər ki, Qurtuluş mübarizəsindəki qələbədə Azərbaycanın da rolu olub.

Məsələn, türkiyəli tarixçi Mustafa Solak yazır:

“Azərbaycan 1920-ci il oktyabrın 2-də 19 min Osmanlı qızılı, 1 milyon Fransa frankı və 8 ədəd neft çeki olmaqla yardım göndərmişdi. Bu pullarla İş Bankı yaradıldı. Bundan əlavə, Kazım Karabəkir Paşaya 500 ədəd yüzlük Osmanlı qızılı yetim türk uşaqlarının təhsili üçün təqdim olunmuşdu”.

Türkiyə Tarix Qurumunun sabiq rəhbəri Prof. Dr. Yusuf Halaçoğlu da həmin dönəm Azərbaycandan Osmanlıya böyük yardım gəldiyi təsdiqləyib.

Çətin geopolitik şəraitdə qardaş ölkələr arasında qarşılıqlı strateji dəstəyin təmin edilməsi həm normativ, həm də reallığa əsaslanan bir fenomen kimi qiymətləndirilməlidir. Türkiyədə Azərbaycanın mövqeyini yanlış istiqamətdə təqdim edən müəyyən qruplar bu fundamental həqiqətləri ya bilmirlər, ya da unudublar.

Bilmirlərsə, öyrənməlidirlər.

Unudublarsa, xatırladarıq.

Aqşin Evrən
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 İyun 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri