“Ot olsaydınız, çox xoşbəxt olardınız”
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ağ Evin yeni helikopter meydançası və ətraf ərazinin abadlaşdırılması barədə danışıb.
“Qafqazinfo” xəbər verir ki, ABŞ lideri bu haqda “Fox News” kanalına bildirib.
Amerika liderinin sözlərinə görə, işçilər qazonun üzərinə otu “xoşbəxt” edəcək yeni torpaq qatı səpiblər.
“Onlar burada hər şeyi yenidən işləyib hazırladılar, bütün səthi yeni torpaqla örtdülər. Biz tamamilə yeni torpaq döşədik. Bu ot üçün zəruri qida maddələri ilə zəngindir. Əgər ot olsaydınız, çox xoşbəxt olardınız”, - deyə o bildirib.
Tramp həmçinin jurnalistlərə Ağ Evdə hazırda tikilməkdə olan və rəsmi tədbirlər üçün istifadə olunacağını bildirdiyi helikopter meydançasının layihə təsvirini göstərib:
“Məsələn, Çin sədri Si Cinpin tezliklə – bir neçə həftədən sonra bura gələcək”, – deyə Tramp əlavə edib.
Baxış sayı:121
Bu xəbər 19 Avqust 2026 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















