Icma.az
close
up
RU
Ötən əsrin 20 30 cu illərində latın əlifbasına keçidin pərdəarxası tarixçi alimin baxışı

Ötən əsrin 20 30 cu illərində latın əlifbasına keçidin pərdəarxası tarixçi alimin baxışı

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 17 dekabr, AZƏRTAC

1930-cu ildə Anatoli Vasilyeviç Lunaçarski açıq etiraf edirdi: “RSFSR Xalq Maarifi Komissarlığı... xalqların yazılarının latınlaşdırılması problemi ilə qarşılaşanda, irəliyə həddən artıq ehtiyatla gedirdi. O, gözəl anlayırdı ki, kütlələri onların mədəniyyətindən və inamlarından ayırmaq məqsədi kimi qələmə vermək istəyənlər bu yeniliklərdən sovet hökumətinə qarşı asanlıqla istifadə edə bilərlər”. Əslində, Bakıda keçirilmiş Türkoloji Qurultaydakı müzakirələr də göstərdi ki, müsəlman xalqların hamısı latın qrafikalı əlifbaya keçməkdə həvəsli deyildilər. Məsələn, Yakutiya (Saxa) nümayəndəsi İsidor Baraxov qurultaydan döndükdən sonra “Yakutiya iqtisadiyyatı” dərgisində dərc olunan “1-ci Ümumittifaq Türkoloji Qurultayın nəticələri” məqaləsində yazırdı: “Qurultayda demək olar ki, Tatarıstan nümayəndələrinin hamısı latın əlifbasına keçidin qatı əleyhdarları kimi çıxış etdilər. Nümayəndələrdən biri bunu qismən də onunla izah etdi ki, Kazanda demək olar ki, bütün Türk Şərqini çap məmulatı ilə təmin edən nəhəng poliqrafiya sənayesi var. Aydındır ki, Tatarıstan özünün faktiki monopoliya vəziyyətini itirmək istəmir”.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Güllü Yoloğlu deyib.

O bildirib ki, həmin dövrdə Özbəkistanda da vəziyyət ürəkaçan deyildi: “Sovet hakimiyyətinə qarşı mübarizə aparan bir sıra qüvvələr, xüsusilə əhalinin dindar qismi latın qrafikalı əlifbaya keçidi sovetlərin qələbəsi, müsəlmanlara qarşı yönəldilmiş “dinsizləşdirmə” siyasəti kimi qəbul edirdi. Halbuki bu proses eyni dərəcədə xristian dininə qarşı da yönəldilmişdi.

Belə bir vaxtda, 1928-ci ildə SSRİ-yə dost Türkiyənin də latın qrafikalı əlifbaya keçməsi vəziyyəti bolşeviklərin xeyrinə xeyli yaxşılaşdırdı. Qeyd edək ki, bu gün İstanbulda Taksim Meydanında 1928-ci ildə yaradılmış “Cumhuriyyət Abidəsi” heykəltəraşlıq kompleksi var. Burada RSFSR-nin Türkiyədəki ilk səlahiyyətli nümayəndəsi Semyon Aralov Türkiyənin milli azadlıq hərəkatının qəhrəmanları ilə yanaşı təsvir olunub. Bu abidə Atatürkün Türkiyə ilə RSFSR arasındakı münasibətlərə verdiyi dəyərin nümunəsidir. Türkiyəyə xüsusi rəğbəti olan türk və müsəlman əhali bu nümunəni əsas götürərək latın qrafikasına münasibətini dəyişdi. Bu proses özünü xüsusilə Özbəkistanda qabarıq şəkildə göstərdi”.

Güllü Yoloğlu qeyd edib ki, latınlaşdırma prosesində ən ağrılı məqam rus dili üçün latın qrafikasının tətbiqi idi: “İnqilabdan sonrakı illərdə rus dilində işlənən Kirill əlifbası ilə minlərlə çap məmulatı yeni hökumətin siyasətini dünyaya yayırdı. Rus əlifbasının latınlaşdırılması rus klassiklərinin əsərlərinin, elmi və siyasi ədəbiyyatın, qəzet və jurnalların, çoxsaylı dərs vəsaitlərinin latın qrafikası ilə yenidən çapını tələb edirdi. SSRİ-nin bir çox xalqlarında ədəbiyyat az, məktəblər az və ya mövcud olanlar dini xarakterli olduğu halda, Rusiyada əsrlər boyu yığılmış zəngin kitabxanalar, əsərlər, dərsliklər, yazı maşınları, teleqraf xətləri, stenoqrafiya sistemləri, marksist-leninist ədəbiyyat və qurultay materialları var idi. Dünya iqtisadi böhranının hökm sürdüyü dövrdə bunların hamısının latın qrafikasına keçirilməsi ölkəyə böyük maddi xərcə başa gələcəkdi.

Bir çox amili nəzərə alan Mərkəzi Komitə rus əlifbasının latın qrafikasına keçidini dayandırdı. 1931-ci ildə bu qərar daha kəskin şəkildə təkrarlandı. Buna baxmayaraq, SSRİ-nin digər xalqlarının əlifbalarının latınlaşdırılması davam etdirilirdi. Lakin aparıcı xalq olan rusların Kirill əlifbasında qalması onları ölkənin digər xalqlarından ayırırdı və bu, Moskvada narazılıq yaradırdı”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri