Ötən il 72 min 600 gənc işlə təmin edilib, 2500 gənc üçün kiçik bizneslər qurulub
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 2 fevral, AZƏRTAC
Dövlət məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi, məşğulluğunun təminatıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu sahədə aparılan işlərin davamı olaraq ötən il daha 72 min 600 gənc münasib işlərlə təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, özünüməşğulluq proqramı gənclərin kiçik sahibkarlığa çıxışında mühüm rola malikdir. Son bir ildə həmin proqram çərçivəsində daha 2500 gəncə aktivlər verilməklə onlar üçün müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə kiçik bizneslər qurulub. 9500-dək gənc isə agentliyin peşə hazırlığı kurslarına cəlb edilərək müasir əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnib.
Gənclərin müasir əmək bazarında tələb olunan peşələr barədə məlumatlı olmağa, onların düzgün peşə seçiminə dəstək göstərilməsi diqqətdə saxlanır. Ötən il bu məqsədlə böyük əksəriyyəti gənclər olan 343 min nəfər peşəyönümü xidmətlərlə əhatə olunub.
Habelə paytaxt və bölgələrdə gənclərin düzgün peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmağına dəstək olmaq məqsədilə “Peşə öyrən, gələcəyini qur!” devizi ilə "PeşəFest” tədbirləri uğurla davam etdirilib.
Gənclərin məşğulluğunun təminatına dəstək üçün agentlik Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil edir, “Alo karyera” dəstək xidməti fəaliyyət göstərir. Gənclər həmin tədbirlərdə karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və s. mövzular üzrə məlumatlandırılır.
Son illərdə Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə dəstəyi ilə “Səyyar kofe evləri” layihəsi də icra olunub. Layihə çərçivəsində barista sahəsində çalışmaq istəyən gənclər üçün səyyar kofe satışı üzrə kiçik bizneslər qurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 02 Fevral 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















