Icma.az
close
up
RU
Ötən il Beyləqanda suvarma kanalları lildən təmizlənib, 119 subartezian quyusu təmir edilib

Ötən il Beyləqanda suvarma kanalları lildən təmizlənib, 119 subartezian quyusu təmir edilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Beyləqan rayonunda əhalinin içməli suya olan təlabatını ödəmək və rayon ərazisində yerləşən əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə tədbirlərini tərtib edilmiş plan əsasında davam etdirir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən  bildirilib ki, idarə Beyləqan şəhəri ərazisində 5418 abonentə xidmət edir. Ötən il 236 qəza baş verib və qəzalar dərhal aradan qaldırılıb. Bundan başqa, il ərzində 34 abonentlə müqavilə bağlanaraq, su ilə təmin edilib, 246 su sayğacı yenisi ilə əvəzlənib və 668 sayğacı isə təmir olunub. Bununla yanaşı, rayonda 89,6 kilometr uzunluqda mərkəzləşmiş kanalizasiya sistemi mövcuddur. 3,9 kilometr kollektor vasitəsi ilə sutkada 10000 kubmetr çirkab təmizlənərək drenaj kanalına ötürülür. Rayon ərazisində 4 kənddə modul tipli qurğu fəaliyyət göstərir, 59 bulağa xidmət edir. İki kənddə isə dəyəri ödənilməyən 31 bulaq fəaliyyət göstərir. Ümumilikdə, Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 6 kənddə əhalini bulaqlar vasitəsilə su ilə təmin edir. İdarənin balansında olan laboratoriyada isə 13 rayon və 4 köçkün qəsəbə ərazisindən götürülən içməli su analiz edilir. Hazırda laboratoriya tam gücü ilə işləyir.

Onu da qeyd edək ki, Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Qarabağ Suvarama Kanalı vasitəsilə 8068 hektar, Xan qızı kanal vasitəsilə 40388 hektar, subartezian quyuları vasitəsilə 2900 hektar olmaqla, ümumilikdə, 51536 hektar əkin sahəsinə xidmət edir. Bunun üçün idarənin balansında olan 1298 kilometr uzunluğunda suvarma kanalları, 1333 kilometr uzunluğunda kollektor-drenaj şəbəkəsi, 135ədəd subartezian quyusu, 8 ədəd nasos stansiyası mövcuddur. Ötən il suvarma kanallarında və kollektor-drenaj şəbəkələrində lildən təmizlənmə işləri müvəffəqiyyətlə aparılıb, 87 hidrotexniki qurğu, 119 subartezian quyusu təmir edilərək istismara verilib. Hazırda idarə tərəfindən “Türklər” nasos stansiyasından qaldırılan suyu nəql edən “Türklər” kanalının başlanğıcında uzunluğu 50 metr olan hissədə təmir-bərpa işləri davam etdirilir. 2024-cü ildə su təminatının yaxşılaşdırılması məqsədilə rayon ərazisində yerləşən 200 hektar əkin sahəsinə xidmət edən suvarma kanalının 1,3 kilometr hissəsində üzərindəki qurğularla birlikdə əsaslı təmir aparalaraq beton üzlüyə alınıb.

Qeyd edək ki, 2024-cü ildə idarənin istismar tədbirləri planında nəzərdə tutulmuş 3 subartezian quyusunun əsaslı təmir bərpa işlərinə başlanılıb və hazırda bu işlər davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Fevral 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri