Icma.az
close
up
RU
Ötən il büdcənin göstəriciləri necə olub?

Ötən il büdcənin göstəriciləri necə olub?

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

2024-cü ildə dövlət büdcəsinin gəlirləri 37164,2 milyon manat, xərcləri 37719,7 milyon manat olmuş, 555,5 milyon manat məbləğində dövlət büdcəsinin kəsiri (defisit) yaranmışdır.

Dövlət büdcəsinin gəlirləri. 2024-cü ildə dövlət büdcəsinin gəlirləri 36388,0 milyon manat proqnoza qarşı 37164,2 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 776,2 milyon manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 5,5 faiz və ya 1927,8 milyon manat çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri proqnoza nisbətən 3,3 faiz çox icra edilməklə 24383,2 milyon manat təşkil etmişdir.

2024-cü ilin dövlət büdcəsinin gəlirlərinin 15808,0 milyon manatı və ya 42,5 faizi vergi və rüsumlar üzrə daxilolmalarının, 12781,0 milyon manatı və ya 34,4 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 6648,7 milyon manatı və ya 17,9 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 547,9 milyon manatı və ya 1,5 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 250,0 milyon manatı və ya 0,7 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmaların, 37,6 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 1021,1 milyon manatı və ya 2,7 faizi sair daxilolmaların, 69,9 milyon manatı və ya 0,2 faizi məqsədli büdcə fondları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondları və Nəqliyyat vasitələrinin utilizasiya fondu) üzrə daxilolmaların payına düşür.

2024-cü ildə dövlət büdcəsinin gəlirləri üzrə təsdiq edilmiş proqnozdan vergi və rüsumlar üzrə daxilolmalar 538,0 milyon manat və ya 3,5 faiz, gömrük rüsumları və idxala görə vergi daxilolmaları 213,7 milyon manat və ya 3,3 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 9,6 milyon manat və ya 34,3 faiz, məqsədli büdcə fondları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondları və Nəqliyyat vasitələrinin utilizasiya fondu) üzrə daxilolmalar 33,6 milyon manat və ya 1,9 dəfə, sair gəlirlər üzrə daxilolmalar isə 264,4 milyon manat və ya 34,9 faiz çox, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 283,1 milyon manat və ya 34,1 faiz az təmin edilmişdir.

2024-cü il dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 57,5 faizini və ya 11027,5 milyon manatını vergi və rüsumlar üzrə daxilolmalar, 34,6 faizini və ya 6648,7 milyon manatını gömrük rüsumları və idxala görə vergi daxilolmaları, 2,9 faizini və ya 547,9 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 1,3 faizini və ya 250,0 milyon manatını Mərkəzi Bankın mənfəətindən daxilolmalar, 0,2 faizini və ya 37,6 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 0,4 faizini və ya 69,9 milyon manatını məqsədli büdcə fondları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondları və Nəqliyyat vasitələrinin utilizasiya fondu) üzrə daxilolmalar, 3,1 faizini və ya 613,0 milyon manatını sair daxilolmalar təşkil edir.

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 17969,6 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 200,6 milyon manat və ya 1,1 faiz çoxdur.

2024-cü ilin dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 26,6 faizi və ya 4780,5 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 2,3 faizi və ya 408,0 milyon manatı sair daxilolmalar, 71,1 faizi və ya 12781,0 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edir.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olunmuş neft-qaz gəlirlərinin 49,0 faizi və 2341,0 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 37,1 faizi və ya 1774,5 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 13,9 faizi və ya 665,0 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi təşkil edir.

Dövlət büdcəsinin xərcləri. 2024-cü il ərzində dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilmişdir.

2024-cü ildə dövlət büdcəsinin xərcləri 37719,7 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 2022,6 milyon manat (5,1 faiz) az icra edilmişdir. Hesabat ilində icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 94,9 faizini təşkil edir.

2024-cü il dövlət büdcəsi xərclərinin 21800,3 milyon manatı və ya 57,8 faizi cari xərclərə (2023-cü illə müqayisədə 1532,2 milyon manat və ya 7,6 faiz çox), 14623,8 milyon manatı və ya 38,8 faizi əsaslı xərclərə (2023-cü illə müqayisədə 383,5 milyon manat və ya 2,6 faiz az), 1295,6 milyon manatı və ya 3,4 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü illə müqayisədə 113,1 milyon manat və ya 9,6 faiz çox) yönəldilmişdir.

2024-cü il üzrə funksional təsnifata müvafiq olaraq iqtisadi fəaliyyət xərcləri 98,0 faiz və ya 9701,2 milyon manat, səhiyyə xərcləri 97,9 faiz və ya 1827,5 milyon manat, təhsil xərcləri 96,5 faiz və ya 4390,1 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 96,0 faiz və ya 361,9 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 95,9 faiz və ya 319,5 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 94,9 faiz və ya 6563,6 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 94,7 faiz və ya 4151,3 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 92,8 faiz və ya 2809,8 milyon manat, kənd təsərrüfatı xərcləri 91,6 faiz və ya 1102,1 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 90,9 faiz və ya 4115,2 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 90,5 faiz və ya 1880,4 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 86,4 faiz və ya 497,1 milyon manat təşkil etmişdir.

2024-cü ildə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 4855,8 milyon manat vəsaitin 99,4 faizi və ya 4828,5 milyon manatı sifarişçi təşkilatlar tərəfindən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 98,5 faizi və ya 2771,1 milyon manatı istifadə olunmuşdur.

Ehtiyat fondları

2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 245,2 milyon manat vəsaitin 244,9 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilmişdir. Açılmış maliyyələşmənin 99,9 faizi müvafiq qurumlar tərəfindən icra edilmiş, o cümlədən Bakı və Sumqayıt şəhərlərinin ərazisində avtomobil yollarının əsaslı təmirinə, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsinə, Xankəndi şəhərində abadlıq və bərpa-quruculuq işlərinin davam etdirilməsinə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması məqsədilə limanın genişləndirilməsinə, dini qurumlara maliyyə yardımının göstərilməsinə, Bakı şəhərində “Dini Liderlərin Qlobal Sammiti”nin təşkilinə və digər tədbirlərin icrasına sərf olunmuşdur.

2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən dövlət büdcəsinin ehtiyat fondundan 471,6 milyon manat vəsait ayrılmış, həmin vəsaitin 470,4 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilmişdir. Açılmış maliyyələşmənin 99,7 faizi müvafiq qurumlar tərəfindən icra edilmiş, o cümlədən respublikanın bir sıra şəhər və rayonlarında avtomobil yollarının əsaslı təmiri və yenidənqurulması işlərinin həyata keçirilməsinə, hesabat ilinin noyabr ayında Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) ilə bağlı hazırlıq tədbirləri çərçivəsində Bakı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsinə, 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya Sərgisində Azərbaycan Respublikasının təmsil olunması ilə bağlı milli pavilyonun qurulması tədbirlərinə, Bərdə, Goranboy və Masallı şəhərlərində yaşayış binalarının tikintisinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin yekunlaşdırılmasına, tibbi avadanlıq və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınmasına, mühüm strateji obyektlərin etibarlı elektrik enerjisi ilə təmin olunmasına və digər tədbirlərin icrasına yönəldilmişdir.

Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər, dövlət borcunun vəziyyəti

2025-ci il 1 yanvar tarixinə dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1295,6 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdur. 2024-cü il ərzində qeyd olunan xərclərdən daxili dövlət borcu üzrə 170,3 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1125,2 milyon manatın (əsas borc üzrə 850,0 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat), cəmi 1295,5 milyon manatın ödənilməsi təmin edilmişdir. 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulan dövlət borcuna xidmətlə əlaqədar xərclərin il ərzində qənaət olunmuş 0,1 milyon manat (bank xərci) məbləğində hissəsi isə “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanunun 13.2.4-cü maddəsinə uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülmüşdür.

Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 yanvar tarixinə xarici dövlət borcunun səviyyəsi 5160,0 milyon ABŞ dolları və ya 2024-cü il üzrə ÜDM-in 6,9 faizini təşkil edir.

Dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcunun səviyyəsi operativ məlumatlara əsasən 2025-ci il 1 yanvar tarixinə 18659,7 milyon manat təşkil etmişdir.

İcmal büdcə

2024-cü ildə icmal büdcənin gəlirləri 47947,0 milyon manat, xərcləri isə 42866,2 milyon manat icra olunmuşdur. İcmal büdcədə 5080,8 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 28 Yanvar 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see287

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see230

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see227

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see189

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see187

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see184

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see181

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see181

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see177

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see172

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see169

Ronaldodan Oçoaya “Səndən cavan görünürəm”

25 İyun 2026 20:44see168

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see161

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see160

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see160

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see157

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see157

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see157

Şahin Bağırov: Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir

25 İyun 2026 21:49see156

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri