Ötən ilin dekabr ayında KTMə zəhərlənmə səbəbilə 116 nəfər qəbul edilib, 7si ölüb
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən ilin dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 116 nəfər qəbul edilib.
"Report"un məlumatına görə, bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, 18 nəfər dəm qazından, yeddi nəfər allergik reaksiyadan, dörd nəfər etanoldan, üç nəfər fosfor üzvi birləşmələrdən, altı nəfər yandırıcı məhlul, üç nəfər isə anafilaktik şok səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən beş kişi, iki qadın olmaqla yeddi nəfər dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu, botulizm, etanol, dərman və dəm qazı zəhərlənmələrindən qeydə alınıb.
Baxış sayı:127
Bu xəbər 10 Yanvar 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















