Icma.az
close
up
RU
Ötən ilin sosial uğurları “Qarabağ KOBları layihəsi”

Ötən ilin sosial uğurları “Qarabağ KOBları layihəsi”

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, İnkişaf Korporasiyası və Milli Təhsil Texnologiya Mərkəzinin birgə tərəfdaşlığı, “Paşa Holding” MMC-nin maliyyə dəstəyi ilə reallaşdırılan “Qarabağ KOB-ları layihəsi”nin 2024-cü ildə sosial müdafiə sahəsində gördükləri işlər müzakirə edilib. 

Yığıncaqda müvafiq dövlət və biznes qurumlarının təmsilçiləri, eləcə də layihəyə cəlb olunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər. Əvvəlcə layihəyə dair video çarx nümayiş olunub.
Sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan geniş sosial dəstək paketindən bəhs edərək bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən dəstək paketinin bir istiqaməti olaraq nazirlik  25 min 300-dən çox şəxsin məşğulluğuna dəstək göstərib. Onların 12 min 200 nəfəri özünüməşğulluq proqramına, 1054-ü peşə hazırlığına cəlb edilib, digərləri münasib işlərlə təmin olunublar. Özünüməşğulluq proqramı çərçivəsində sosial tərəfdaşlarla birgə həyata keçirilən layihələr üzrə isə 524 şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçik təsərrüfatlar qurulub.
Müzakirədə “Qarabağ KOB-ları” layihəsinin şəhid ailələri, müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğuna dəstək verilməsində önəmi qeyd edilib. KOBİA tərəfindən təşkil olunan təlimlərlə layihə iştirakçılarının biznes biliklərinin və bacarıqlarının artırıldığı diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərlə bağlı məşğulluq tədbirlərindən də bəhs olunub, həmin sakinlərdən iqtisadi fəal əhalinin 86 faizinin işlə təmin edildiyi qeyd olunub.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Qarabağ KOB-ları layihəsi”nin ölkəmizdə Vətən müharibəsi iştirakçılarına göstərilən diqqətin və dəstəyin tərkib hissəsi olduğunu, qazilərin və onların ailə üzvlərinin, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə 2023-cü ildən icra olunduğunu qeyd edib. Bildirilib ki, layihə çərçivəsində 2024-cü ildə Bakı, Gəncə, Bərdə, Goranboyla yanaşı, Füzulidə, Laçın rayonunun Zabux və Zəngilan rayonunun Ağalı kəndlərində 70 KOB subyekti yaradılıb. Ümumilikdə isə indiyədək layihə çərçivəsində 120 KOB subyekti yaradılıb. Onlar üçün biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən zəruri təlimlər keçirilib, seçdikləri fəaliyyət proqramları üzrə peşə kursları təşkil olunub. Təlimləri və peşə kursunu uğurla bitirənlər özünüməşğulluq proqramı çərçivəsində zəruri avadanlıqlarla təmin edilib. Layihədən faydalanmış sahibkarların məhsul və xidmətlərini təqdim edə biləcəkləri platforma da yaradılıb. “Qarabağ KOB-ları layihəsi”nin 2025-ci ildə də davam etdirilməsi nəzərdə tutulur. 
Layihəyə cəlb edilmiş Vətən müharibəsi iştirakçısının ailə üzvü Aynur Məmmədova və “PAŞA Holding” MMC-nin Aparat rəhbəri Dəyanət Sədullayev layihə barədə təəssüratlarını bölüşüblər. 
Yeni sosial xidmət mərkəzləri
Sosial Xidmətlər Agentliyinin bu il yeni 5 sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq. Onlardan 2-si Bakıda, digərləri Hacıqabul, Göyçay və Ağdam rayonlarında açılacaq.
Sosial xidmət mərkəzlərində sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevtlər tərəfindən əlilliyi olan uşaqlara və sosial xidmətə ehtiyacı olan digər şəxslərə, ailələrə sosial-reabilitasiya xidmətləri göstəriləcək. Bununla da agentliyin sosial xidmət mərkəzlərinin sayı 10-a çatdırılacaq.
Hazırda Abşeron, Sabunçu, Nərimanov, Yasamal sosial xidmət mərkəzləri və Sumqayıt sosial xidmət kabineti fəaliyyət göstərir. Həmin mərkəzlərdə əlilliyi olan uşaqlara və digər həssas kateqoriyadan olan şəxslərə sosial-psixoloji yardım xidməti göstərilir, onların cəmiyyətə uğurlu inteqrasiyası üçün sosial tədbirlər həyata keçirilir.
48,2 min şəxsə əlillik təyin edilib
Ötən il Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Şəffaflıq şəraitində 48 min 200 şəxsə əlillik təyin edib. Onlardan 23 min 900-nə ilkin, 24 min 300-nə isə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər – pensiya, müavinət, təqaüd təyin olunub.
DSMF-nin gəlirləri artıb
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2024-cü ildə proqnozla müqayisədə 1 faiz və ya 71 milyon manat çox olmaqla 7 milyard 20 milyon manat təşkil edib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 5 faiz və ya 273 milyon manat artaraq 5 milyard 752 milyon manat olub. 2024-cü ildə DSMF-nin xərcləri 6 milyard 889 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 13 faiz və ya 808 milyon manat çoxdur.

Zərifə HÜSEYNOVA 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri