Icma.az
close
up
RU
Oturaq həyat tərzi hamiləliyə necə təsir göstərir? “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssisindən cavab

Oturaq həyat tərzi hamiləliyə necə təsir göstərir? “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssisindən cavab

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

“Müasir dövrdə bir çox qadın oturaq iş rejimində çalışır və az hərəkətli həyat tərzi sürür. Lakin hamiləlik dövründə bu vəziyyət əlavə risklər yaradır və həm ananın, həm də dölün sağlamlığına mənfi təsir göstərir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində mama-ginekoloq Sahilə Vəliyeva deyib.

Onun sözlərinə, görə fiziki sağlamlığa təsirlər arasında çəki artımı əsas problemlərdən biridir:

“Hərəkətsizlik piylənməni sürətləndirir və bu, hamiləlik şəkəri ilə yanaşı, yüksək qan təzyiqi riskini də artırır. Uzun müddət hərəkətsiz qalmaq bel, kürək və ayaqlarda ağrılara səbəb olur. Eyni zamanda, oturaq həyat tərzi qan dövranını zəiflədir, bu isə ayaqlarda şişkinlik, damarların genişlənməsi və tromb riskinin artmasına gətirib çıxarır. Psixoloji təsirlər də diqqətdən kənarda qalmamalıdır. Az hərəkət edən hamilələrdə stress və gərginlik daha çox müşahidə olunur. Bunun səbəbi hərəkət zamanı endorfin hormonunun ifrazının artması, hərəkətsizlikdə isə onun azalmasıdır. Nəticədə hamilə qadınlarda əhval dəyişiklikləri, yuxusuzluq, yorğunluq və hətta depressiya halları baş verə bilər”.

S.Vəliyeva bildirib ki, dölün inkişafına təsirləri də mühümdür:

“Hərəkətsizlik qan dövranını zəiflədir və bu, dölün oksigen və qida maddələri ilə təminatını azalda bilər. Əzələlərin zəifləməsi isə doğuş prosesini çətinləşdirir və doğuşun gedişinə mənfi təsir göstərir. Hərəkət və həyat tərzi ilə bağlı olaraq həkim icazəsi ilə yüngül gəzintilər və hamiləlik üçün xüsusi idman məşqləri faydalıdır. Oturaq iş zamanı hər bir saatdan bir qısa hərəkət etmək tövsiyə olunur. Bundan əlavə, meditasiya və nəfəs məşqləri həm ananın rahatlığı, həm də körpənin sağlam inkişafı üçün müsbət təsir göstərir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Oktyabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri