Icma.az
close
up
RU
Oturaq həyat tərzinə qarşı “şirin” müdafiə Kakaonun daha bir faydası kəşf edildi

Oturaq həyat tərzinə qarşı “şirin” müdafiə Kakaonun daha bir faydası kəşf edildi

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uzun müddət oturaq vəziyyətdə qalmaq insan sağlamlığına mənfi təsir göstərir. Lakin yeni araşdırma göstərib ki, kakaoda olan flavanollar adlı birləşmələr bu təsiri qismən bloklaya bilər.

Ölkə.az xəbər verir ki, bu barədə “New Atlas” jurnalı məlumat yayıb.

Müasir dövrdə insanların günün böyük hissəsini oturaq vəziyyətdə keçirməsi, bunun mənfi nəticələrini daha da artırır. Araşdırmalara əsasən, hər iki saat televiziya qarşısında oturmaq piylənmə riskini 23%, diabet riskini isə 14% artırır. Bundan başqa, uzun müddət oturaq qalmaq əzələ zəifliyinə, boyun, bel və çiyin ağrılarına da səbəb ola bilər.

Oturaq həyat tərzinin əsas zərərlərindən biri də damar sisteminin fəaliyyətini məhdudlaşdırmasıdır. Hətta damar funksiyasındakı cüzi pozuntu belə infarkt və insult kimi ciddi ürək-damar xəstəliklərinin riskini yüksəldə bilər.

Məhz bu səbəbdən Kaliforniya Universitetinin (San-Fransisko) alimləri flavanolların damar sistemini qoruma xüsusiyyətini oturaq vəziyyət zamanı sınaqdan keçirməyə qərar veriblər.

Tədqiqatda 18–45 yaş arası 40 könüllü iştirak edib. Onların fiziki hazırlıq səviyyəsinə görə iki qrupa bölünüb: “yüksək hazırlıqlı” və “aşağı hazırlıqlı”. Daha sonra hər iki qrupun yarısına flavanolla zəngin kakao, digər yarısına isə flavanol az olan kakao içirilib.

İştirakçılar iki saat boyunca oturaq vəziyyətdə saxlanılıb və bu müddətdən sonra damar funksiyası “axınla vasitələnmiş genişlənmə” (FMD) üsulu ilə ölçülüb.

Nəticədə məlum olub ki, flavanolla zəngin kakao içən şəxslərdə damar elastikliyi azalmayıb, yəni oturaq vəziyyətin mənfi təsiri neytrallaşıb. Amma flavanol az olan kakao içənlərdə damar funksiyası pisləşib, qan dövranı zəifləyib və diastolik təzyiq yüksəlib.

Tədqiqatın müəlliflərindən biri Səm Lukas bildirib:

“Bizim təcrübə göstərdi ki, yüksək fiziki hazırlıq səviyyəsi belə, flavanol az olduqda damar funksiyasındakı pozuntunun qarşısını almır. Lakin flavanolla zəngin kakao içildikdə, həm idmançılarda, həm də az hərəkətli insanlarda damar fəaliyyəti iki saatlıq oturmanı eyni vəziyyətdə keçdi".

Digər müəllif Alesio Daniel isə qeyd edib ki, kakaonu bu maddələrlə zəngin digər məhsullarla da əvəz etmək mümkündür. Onun sözlərinə görə, alma, gavalı, qoz-fındıq, giləmeyvələr, kələm (kale), pomidor, şaftalı, eləcə də qırmızı şərab, yaşıl və qara çay flavanolların yaxşı mənbəyidir.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Noyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri