“Övladımın əşyalarını verdilər, qan içindədir” Video
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, paytaxtın Nərimanov rayonunda yerləşən “AFEN Plaza” biznes mərkəzində partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, partlayış zamanı beşmərtəbəli bina ilə yanaşı, ətrafdakı tikililər də zərər görüb.
Hadisədə obyektin içərisində olan işçilərlə bərabər, ərazidən keçən şəxslər də xəsarət alıb.
“Getdiyim yerdə nəsə partladı, məni kənara atdı. Şüşələr üstümə aşdı. Qalxdım, gördüm, hər yerim qandır”, - xəsarət alanlardan biri deyib.
“Övladımın əşyalarını verdilər, qan içindədir. Həkimi gözləyirəm. Övladım reanimasiyadadır, heç bir məlumat yoxdur”, - xəsarətlərlə xəstəxanaya yerləşdirilənlərdən birinin anası qeyd edib.
Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 25 Noyabr 2025 07:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















