Övladlarından ayrı düşən ana onlara qovuşdu RƏSMİ
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, sosial şəbəkələrdə iki azyaşlı övladının tapılaraq ona qaytarılması ilə bağlı bir ananın videomüraciəti yayılmışdı.
"Məsələ ilə bağlı daha sonra qadın Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə - 116111 müraciət edərək 7 və 4 yaşlı övladları ilə görüşmək məqsədilə babaları tərəfindən aparıldığını, lakin sonradan uşaqların ona qaytarılmadığını bildirmişdi.
Qadının müraciəti əsasında məsələ Daxili İşlər Nazirliyinə və digər aidiyyəti qurumlara yönləndirilib, uşaqların hüquq və mənafelərinin qorunması, eləcə də onların anaya qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Polis və digər aidiyyəti qurumların birgə səyləri nəticəsində ötən gün uşaqlar anaya təhvil veriliblər.
Beləliklə, bir müddətdir övladlarından ayrı qalan ana iki uşağına qovuşub. Uşaq hüquqlarının qorunması, uşaqların təhlükəsizliyinin və onların ali mənafelərinin təmin olunması istiqamətində daxil olan hər bir müraciət diqqətdə saxlanılır", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Gəncədə yaşayan iki uşaq anası 24 yaşlı Jalə Adil qızı Ağayeva övladlarının babası tərəfindən qaçırıldığından şikayətçi olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 18 Avqust 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















