Oyanıb, yenidən yatmaq üçün 4 7 8 nəfəs texnikası
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bir çox insan gecə yarısı yuxudan oyanır və uzun müddət yenidən yuxuya gedə bilmir. Mütəxəssislər bildirirlər ki, bu problem xüsusilə stressli dövrlərdə daha çox müşahidə olunur. Yuxusuzluq, gecə oyanmaları və yenidən yuxuya gedə bilməmək həddindən artıq isti hava, narahatlıq və digər amillərlə əlaqəli ola bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yuxu çatışmazlığı ümumi sağlamlığa mənfi təsir göstərir, immun sistemini zəiflədir və xroniki xəstəliklərin kəskinləşməsi riskini artıra bilər.
Yuxu üzrə mütəxəssis Maykl Breus belə hallarda "4-7-8" nəfəs texnikasından istifadə etməyi tövsiyə edir. O bildirib ki, bu üsul qədim yoqa nəfəs məşqlərindən – pranayamadan ilhamlanaraq hazırlanıb və nəfəsə nəzarət etməklə həm bədəni, həm də zehni sakitləşdirməyə kömək edir.
"4-7-8" nəfəs texnikası necə tətbiq olunur?Bu texnikanı tətbiq etmək üçün əvvəlcə ağızdan tam nəfəs vermək lazımdır. Daha sonra burun vasitəsilə sakit və dərin nəfəs alınır. Ardınca nəfəs yeddi saniyə saxlanılır. Son mərhələdə isə ağızdan səkkiz saniyə ərzində yavaş-yavaş nəfəs verilir. Mütəxəssislər bu dövrün ümumilikdə dörd dəfə təkrarlanmasını tövsiyə edirlər.
Maykl Breusun sözlərinə görə, bu texnika zamanı insan diqqətini narahat edən fikirlərə deyil, nəfəsinə yönəldir. Nəfəsin yavaşlaması stress səviyyəsini azaltmağa, bədənin və zehnin rahatlamasına kömək edir ki, bu da yenidən yuxuya getməyi asanlaşdırır.
Mütəxəssis qeyd edir ki, məşqin ən vacib hissəsi nəfəsin yeddi saniyə saxlanılmasıdır. Bu mərhələ ürək döyüntüsünün yavaşlamasına və orqanizmin ümumi rahatlama vəziyyətinə keçməsinə kömək edir. Nəticədə insan daha təbii və rahat şəkildə yuxuya gedə bilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 16 İyul 2026 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















