Icma.az
close
up
RU
Oyun alveri şübhəsi, doğma şəhərdən uzaqda oynayanlar... Süni klublar çempionatında azarkeş tapılmır

Oyun alveri şübhəsi, doğma şəhərdən uzaqda oynayanlar... Süni klublar çempionatında azarkeş tapılmır

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyində dəyişiklik həm də ölkə futbolunda klubların artmasına səbəb oldu. Bunun nəticəsində ikinci liqa yaradıldı. İndi ölkənin üç liqasında ümumilikdə 34 komanda mübarizə aparır. Üstəlik, AFFA-nın keçirdiyi Region Liqasında da mübarizə aparanlar var.

Bizimyol.info xəbər verir ki, PFL klubların, liqaların sayının artırmaqla nə qədər yaxşı iş gördüyünü göstərməyə çalışsa da, həm də süni komandaların formalaşmasını dəstəkləyib. Təkcə Premyer Liqada beş belə klubun adını çəkmək olar. Bu komandaların azarkeşi yoxdur. “Ev” oyunlarında tribunalarda bir neçə yüz adam gözə dəyir. Fan-klublardan söhbət gedə bilməz. İdarəetmə də bərbad gündədir.

Süni klublardan danışılırsa, “Sabah”ın adı hamıdan əvvəl çəkilməlidir. Paytaxtı təmsil edən komanda ən imkanlılardan sayılır. Heyətində keyfiyyətli oyun göstərən legioner tapmaq həmişə mümkündür. Yüksək yerlər uğrunda mübarizə aparır, avrokuboklara vəsiqə qazanır. Di gəl ki, ortada azarkeş yoxdur. İllərdir insanların sevgisini qazanmaq alınmayıb. Təcrübə göstərir ki, belə klubların gələcəyi yoxdur. Sponsorlar da belə süni komandalardansa, bölgələrin köklü kollektivlərinə üstünlük versə daha yaxşıdır.

“Səbail”i Dövlət Neft Şirkətinin keçmiş rəhbəri Rövnəq Abdullayevin oğlunun yaratdığı bildirilirdi. Zamanla klubun maliyyə dayaqları sarsıldı. İndi axırıncı pilləni tutan klubun azarkeş dəstəyi əvvəldən olmayıb. Yəqin ki, bir neçə il sonra “Səbail”i ölkə futbolu səhnəsində görməyəcəyik.

“Araz Naxçıvan” məhz muxtar respublikanı təmsil etsə, yaxşı olardı. Amma ölkə əhalisinin böyük hissəsi kimi bölgə klubu da paytaxta sığınıb. Bakıdakı naxçıvanlılar da komandaya azarkeşlik etmir. İlk baxışdan işlər pis getmir. Buna baxmayaraq, uzaq gələcək üçün planlar gözə dəymir. Ən azı “ev” oyunlarını Naxçıvanda keçirmək lazımdır.

“Zirə” də lazımi sevgini qazana bilmədi. Necə deyərlər, “Bakı” qəsəbəsi klubu bağrına basmadı.

İcazənizlə “Şamaxı”nı da süni klub adlandıraq. Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həbsindən sonra “İnter” klubu “Keşlə”yə çevrildi. Sonra bölgə klublarının sayının çoxluğu imitasiyası üçün keçmiş çempionu “Şamaxı” etdilər. Ölkənin ən qədim şəhərlərindən birində az-çox azarkeş gözə dəyir. Lakin futbol ənənələrinin olmaması işləri korlayır. Son vaxtlar oyun alveri şübhəsi ilə bəzi futbolçuların cəzalandırılması da yaxşı hal deyil. “Şamaxı” ortaya ciddi konsepsiya qoymalı, klubun gələcəyi ilə bağlı mesajlar verməlidir.

Aşağı liqalarda da süni klublara rast gəlinir. Xüsusilə işğaldan azad edilmiş rayonların adları ilə səhnəyə çıxan komandalar perspektiv vəd etmir. “Füzuli”nin ikinci liqada vəziyyəti çox ağırlaşıb. Böyük ehtimalla komanda liqanı tərk edəcək. “Cəbrayıl”da qeyri-sabit mühit var. Keçən il “İrəvan” yüksək liqaya çıxmaq üçün mübarizə aparırdı, sonra dağıldı. Ümumiyyətlə, öz doğma yurdu olmayan klubların işi həmişə çətin olacaq. Hamının paytaxta toplaşması yaxşı gələcəkdən danışmır.

Hərdən aşağı liqalarda bölgə komandalarının oyunlarından fraqmentlər gözə dəyir. Yerli adamlar doğma klublarının hər qoluna inanılmaz səviyyədə sevinirlər. Çox təəssüf ki, həmin gerçək komandaların maliyyə dayaqları yoxdur, daha sanballı səhnəyə çıxa bilmirlər.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Dekabr 2024 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri