Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Öz yurdlarına qovuşan soydaşlarımız Qələbənin və Qayıdışın sevincini, qürurunu yaşayırlar

Öz yurdlarına qovuşan soydaşlarımız Qələbənin və Qayıdışın sevincini, qürurunu yaşayırlar

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış uğurla davam edir. Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi də bu gün özünün daimi sahiblərinin, daimi sakinlərinin ilk qrupunu qəbul etdi. Belə ki, martın 3-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Ağdərə rayonuna yola salındı. 25 ailə olmaqla, 91 nəfər keçmiş məcburi köçkün bu gün öz doğma yurd-yuvasına qovuşdu. Onların bəziləri Ağdərə rayonundan 5 yaşında, 8 yaşında ikən köçkün düşüblər. Məsələn, bu gün Həsənriz kəndinə qayıdan Kəmalə Həsənova adlı sakin müxbirlə söhbətində deyib ki, o, Ağdərə rayonundan köçkün düşəndə 5 yaşı varmış. Dağyunus Nəbiyev adlı başqa bir sakin isə deyib ki, uşaq vaxtı tərk etdiyi Həsənriz kəndindəki ata-baba torpağına bu gün 42 yaşında geri dönüb.
Təcavüzkar Ermənistan onların ömürlərinin 30 ilini oğurlayıb. Bu soydaşlarımız öz uşaqlıq illərini uşaq kimi yaşamaqdan məhrum olublar. Ancaq Prezident və Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi yarımçıq talelərin, həyat hekayələrinin qaldığı yerdən davam etməsinə zəmin yaratdı. Ona görə də bu gün Həsənriz kəndinin sakini Kəmalə Həsənova Prezidentimizə, Ordumuza güvənərək əminliklə deyir ki, “mən uşaqlığımı Qarabağda yaşaya bilməsəm də, övladlarım burada böyüyəcəklər".
Bəli, bu əminlik, bu inam bu gün Qarabağdan, Şərqi Zəngəzurdan olan bütün keçmiş məcburi köçkünlərin sözündə, davranışında hiss olunur. Doğma yurdlarına - Ağdərənin Həsənriz kəndinə qayıdan və evlərinin açarlarını təhvil alan sakinlər də hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Beləliklə, “Böyük Qayıdış proqramı”nın icrası 2025-ci ilin prioriteti kimi davam edir. Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın sayı getdikcə artır. Hazırda azad edilmiş ərazilərdə 40 minə yaxın insan yaşayır, çalışır. 2025-ci ilin sonuna qədər təbii ki, oraya qayıdacaq vətəndaşlarımızın sayı əhəmiyyətli dərəcədə artacaq. Yaxın üç ildə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura daha 140 min insanın köçürülməsi planlaşdırılır.
İşğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri təbii ki, Azərbaycan öz imkanları hesabına həyata keçirir. Öz torpaqlarının işğaldan azad etməklə Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan, 30 illik işğalın ağır nəticələrini öz gücünə aradan qaldırmaq potensialına, qüdrətinə malikdir. Bu gün öz yurdlarına qovuşan soydaşlarımız Qələbənin və Qayıdışın sevincini, qürurunu yaşayırlar.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 Mart 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see494

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see396

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see331

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see196

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see181

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see140

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see129

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri