Icma.az
close
up
RU
Özbəkistan nümayəndə heyəti Bakının tarixi və mədəni məkanları ilə tanış olub FOTO

Özbəkistan nümayəndə heyəti Bakının tarixi və mədəni məkanları ilə tanış olub FOTO

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”nin icrası ilə əlaqədar həyata keçirilən layihə çərçivəsində Özbəkistanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələrindən ibarət heyət Bakının tarixi və mədəni məkanları ilə tanış olub.
Nümayəndə heyəti əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib. Burada qonaqlara Azərbaycanın şanlı mübarizə tarixi, şəhidlərimizin fədakarlığı və milli-mənəvi dəyərlərimiz haqqında məlumat verilib. Sonra onlar Dağüstü parkdan Bakının mənzərəsini seyr ediblər.
Qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə tanış olublar, eləcə də ölkənin ictimai-siyasi inkişaf mərhələlərini əks etdirən müasir memarlıq üslubu və innovativ yanaşmalarla formalaşdırılmış ekspozisiyalara baxış keçiriblər.İçərişəhər turu çərçivəsində isə ölkəmizin beynəlxalq səviyyədə tanınan simvolu Qız qalasına və onun yaxınlığında yerləşən Buxara və Multani karvansarası, Miniatür Kitab Muzeyi və Xan sarayına baş çəkilib, Sıratağlı dini-memarlıq kompleksi ziyarət edilib. Nümayəndə heyəti Şirvanşahlar Sarayı, Dördbucaqlı Qala və Yeraltı hamam kimi İçərişəhərin memarlıq abidələri, həmçinin Bakı Xanlar Parkı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən bu il ölkəmizdə 150 illik yubileyi geniş qeyd olunan Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin heykəli və Qoşa Qala qapısının tarixi ilə tanış olublar.Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edən qonaqlara Azərbaycan xalqının qədim zamanlardan müasir dövrə qədər keçdiyi tarixi inkişaf yolu, dövlətçilik ənənələri və mədəni irsi, muzeyin zəngin kolleksiyası, nadir tarixi eksponatları və elmi ekspozisiyasından bəhs olunub.Azərbaycan Milli Xalça Muzeyi ilə tanışlıq zamanı isə qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında ətraflı məlumatlar verib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası unikal gözəlliyin, materialın, yaratma texnikasının və xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.
Qeyd edək ki, Özbəkistan nümayəndə heyətinin ölkəmizə səfəri 9 may tarixində yekunlaşıb.

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 May 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri