Icma.az
close
up
RU
Özbəkistan ŞƏT də “yaşıl” gələcək qurur

Özbəkistan ŞƏT də “yaşıl” gələcək qurur

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının Tiencin şəhərində keçirilən növbəti iclasında iştirak etdi və nitq söylədi. O, ŞƏT-in siyasi, iqtisadi, təhlükəsizlik və humanitar istiqamətlərini əhatə edən mühüm təşəbbüslər irəli sürüb. O cümlədən, dövlət başçısı ekologiya sahəsində bir sıra təklif və təşəbbüslərlə çıxış edib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Ali Məclisin Qanunvericilik Palatasının deputatları, xüsusən də Ekpartiya fraksiyasının nümayəndələri öz fikirlərini bildiriblər.
Özbəkistan Ekoloji Partiyasının sədri, fraksiya rəhbəri Abduşükür Həmzəyev deyib ki, Prezident Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclasında iqlim dəyişikliyinə uyğunlaşmaq, havaya zəhərli maddələrin emissiyasını azaltmaq, ekoloji təhlükələri proqnozlaşdırmaq üçün süni intellekt texnologiyalarını tətbiq etməklə ŞƏT çərçivəsində “yaşıl” transformasiyanın sürətləndirilməsinin vacibliyini vurğulayıb:
"Bu təkliflər təkcə regional deyil, həm də qlobal əhəmiyyət kəsb edir. Tiencin Bəyannaməsi və 2035-ci ilə qədər ŞƏT-in İnkişaf Strategiyası çərçivəsində prioritet istiqamət kimi “yaşıl inkişafın” yaradılması Özbəkistanın təşəbbüslərinin nəticəsi hesab olunur. Bu, beynəlxalq ekoloji əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm hüquqi və siyasi əsasdır. Özbəkistanın Ekoloji Partiyası tərəfdaş təşkilatlar, ictimaiyyət və elmi dairələrlə sıx əməkdaşlıq edərək bu təşəbbüslərin praktiki fəaliyyətə çevrilməsində fəal iştirak edir".
Özbəkistan Ekoloji Partiyası fraksiyasının üzvü Gülçehra Tojibayeva isə deyib ki, Şavkat Mirziyoyevin çıxışında ekologiya və iqlim dəyişikliyi məsələsinə göstərilən diqqət, ölkənin qlobal problemlərin həllində fəal mövqe tutmasından xəbər verir:
"Bu gün iqlim dəyişikliyi dünyada bəşəriyyət üçün ən böyük təhlükələrdən biri hesab olunur. ŞƏT ölkələri də bu prosesdən istisna deyil. Möhtərəm Prezidentimizin irəli sürdüyü təşəbbüslər bu problemlərin həlli yollarının axtarılmasına yönəlməsi ilə əlamətdardır.
İlk növbədə, “yaşıl” dəhlizlər və müasir ekoloji infrastrukturla bağlı təkliflər diqqət çəkir. Bu, təkcə iqtisadi fayda gətirməyəcək, həm də təbiətə və ətraf mühitə diqqətli münasibəti gücləndirəcəkdir. Eyni zamanda, iqlim dəyişikliyini proqnozlaşdırmaq və süni intellektdən istifadə edərək riskləri qabaqcadan görmək kimi ideyalar müasir və uyğun həllər kimi ortaya çıxıb.
Həmçinin “yaşıl” sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi və xüsusi İqlim Şurasının yaradılması təklifləri günün tələblərinə cavab verən mühüm təşəbbüslərdir. Xüsusilə, Aral dənizi regionunda həyata keçirilən ekoloji və innovativ layihələr bütün region üçün həyati əhəmiyyət kəsb edir.
Hesab edirəm ki, bu təşəbbüslərin arxasında bir həqiqət dayanır: İqtisadi inkişafı ekologiyadan ayırmaq olmaz. Yaşıl texnologiyalar, bərpa olunan enerji və təbiətə diqqətli münasibət dayanıqlı gələcəyin əsas təməlləridir.
ŞƏT tribunasından səslənən bu təkliflər təkcə region üçün deyil, bütün dünya üçün aktualdır. Çünki bugünkü ekoloji təhlükələr ölkələri ayrı-ayrılıqda deyil, birlikdə hərəkət etməyə məcbur edir. Ona görə də mən əminəm ki, möhtərəm Prezidentimizin nitqində irəli sürülən fikirlər gələcəkdə ölkəmizdə və bütün regionda ekoloji dayanıqlığın təmin edilməsində yeni istiqamət açacaqdır".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 Sentyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri