Özbəkistan Xəzər dənizində yükdaşımaları üçün Türkmənistandan gəmilər almaq niyyətindədir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 28 avqust, AZƏRTAC
Özbəkistan Xəzər dənizi ilə yükdaşımalarını sürətləndirmək üçün Türkmənistandan gəmilər almaq imkanını nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistanın nəqliyyat naziri İlhom Makhamov “Uzbekiston24” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Türkmənistandakı gəmiqayırma zavodunda gəmilərin alınması imkanını artıq Özbəkistan hökuməti tərəfindən müzakirə edilir.
Nazir əlavə edib: “Bizim öz gəmilərimiz Xəzər dənizi ilə yüklərin daşınmasını sürətləndirəcək və 30-40 gün davam edə biləcək nəqliyyat sıxlığını azaldacaq”. O, türkmən həmkarları ilə gəmiqayırma sahəsində müqavilələr bağlandığını da açıqlayıb: “Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Məmmetxan Çakıyevlə gəmiqayırma sahəsində əməkdaşlığın inkişafına dair anlaşma memorandumu imzalanıb. Biz razılaşdıq ki, gəmilərin alınması məsələsini təhlil edib nəzərdən keçirəcəyik. Bütün texniki məsələlər üzərində işləmək lazımdır. İmzalanan sənəd bizə texniki-iqtisadi məsələləri sərbəst şəkildə həll etməyə imkan verəcək”.
O xatırladıb ki, Özbəkistan, Türkmənistan və Azərbaycan arasında üçtərəfli Zirvə görüşünün yekunlarına dair bir sıra sənədlər, o cümlədən nəqliyyat və logistika sahəsində əməkdaşlıq sahəsində memorandumlar imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 28 Avqust 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















