Özbəkistan Xəzərdə Azərbaycanla birgə donanma yaratmağı planlaşdırır
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Özbəkistan Azərbaycanla Xəzər dənizində birgə donanma yaratmağı və "Uztemiryulkarqo" ASC ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC arasında birgə müəssisə təsis etməyi planlaşdırır.
Bu barədə "Report"a müsahibəsində Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev bildirib.
"Bu təşəbbüslər multimodal daşımaların səmərəliliyini artırmağa, logistika zəncirlərini daha dayanıqlı etməyə və ixracatçıların nəqliyyat xərclərini azaltmağa imkan verəcək", - o deyib.
Onun sözlərinə görə, azərbaycanlı tərəfdaşlarla birgə marşrutun rəqabət qabiliyyətinin artırılması üzrə işlər davam edir: "Xüsusilə, Özbəkistanın ixracatçıları üçün yüklərin aşırılmasına güzəştlərin tətbiqi, kompleks tarif həllərinin tətbiqi, logistika prosedurlarının optimallaşdırılması, həmçinin konteyner və ixrac yüklərinə prioritet xidmət göstərilməsi də daxil olmaqla əlavə dəstək tədbirləri müzakirə olunur".
X. Teşabayev qeyd edib ki, Bakı limanı artıq bu gün Orta Dəhliz vasitəsilə Özbəkistan məhsullarının xarici bazarlara çıxışının təmin edilməsində əsas rol oynayır və regionun tranzit potensialının inkişafı üçün strateji cəhətdən mühüm logistika qovşaqlarından biridir: "Biz onun infrastrukturundan Özbəkistan ixracatçıları tərəfindən istifadənin səmərəliliyini yüksək qiymətləndiririk. Son illərdə bu marşrut üzrə yükdaşımaların həcmi davamlı olaraq artır, ixrac edilən məhsulların nomenklaturası genişlənir, ölkələrimizin nəqliyyat-logistika operatorlarının qarşılıqlı fəaliyyəti möhkəmlənir".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 07 İyul 2026 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















