Özbəkistan XİN ABŞ dan izahat tələb edir
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Özbəkistan Xarici İşlər Nazirliyi ABŞ-ın müvafiq qurumlarından Nyu-York hava limanında Dünya Çempionatına gedən özbək futbolçular üzərində aparılan intensiv axtarışla bağlı rəsmi izahat vermələrini istəyib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Omonulla Fayziyev məlumat verib.
"Futbolçularımızla bağlı hadisə ilə əlaqədar ölkəmizin Nyu-Yorkdakı Baş Konsulluğu vasitəsilə müvafiq ABŞ qurumları ilə əlaqə qurulub və rəsmi izahat tələb olunub", - deyə o, bildirib.
Fayziyev qeyd edib ki, Özbəkistan tərəfi hər hansı təhlükəsizlik tədbirlərinin dövlətlərin daxili qaydalarına uyğun olaraq tətbiq olunduğunu başa düşür.
"Biz inanırıq ki, bu cür proseslər idman tədbirlərinin ruhunu, xüsusən də qarşılıqlı hörməti və dostluq münasibətlərini sarsıtmamalıdır", - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Bu gün Özbəkistan XİN rəhbəri ABŞ yə səfər edəcək
04 Fevral 2026 19:04
Özbəkistan Rusiya XİN ə nota göndərib
16 Sentyabr 2025 08:33
Azərbaycan və Özbəkistan XİN rəhbərləri görüşüb
29 Yanvar 2025 11:55
Bayramov Özbəkistan XİN başçısı ilə danışdı
01 Mart 2026 16:14
Azərbaycan və Özbəkistan XİN başçıları danışdı
02 İyun 2026 19:44
Baxış sayı:130
Bu xəbər 11 İyun 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















