Icma.az
close
up
RU
Özbəkistanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Özbəkistanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Dillər Universiteti (ADU) son illər beynəlxalq əlaqələrini sürətlə genişləndirir. Bu təhsil ocağı Özbəkistanın Cahan Dillər Universitetində xaricdə fəaliyyət göstərən və sayca səkkizinci olan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışını edib.

Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Açılış mərasimində Cahan Dillər Universitetinin tədris məsələləri üzrə prorektoru Muxammedcan Şutpoladov, ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Hüseynov, bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin rəhbərliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Tehranağa Abdullayev iştirak ediblər.

Qeyd olunub ki, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı iki ölkə arasında elmi, mədəni, siyasi, təhsil sahəsində tərəfdaşlıq münasibətlərinə töhfə verəcək.

Bildirilib ki, Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini yüksək səviyyədə qurmaqda davam edir və növbəti dəfə Özbəkistanda Cahan Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı bu mənada xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə Azərbaycanla Özbəkistan arasında mövcud olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

ADU-nun bir sıra xarici ölkə universitetlərində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin ölkələr arasında elmi, mədəni əlaqələrin qurulması baxımından önəmi diqqətə çatdırılıb. Bildirilib ki, bu mərkəzlərin hər birində Azərbaycan dili tədris olunur, mədəniyyətimiz tanıdılır, eləcə də müasir Azərbaycan həqiqətlərindən bəhs olunur. Mərkəzlərdə Azərbaycan multikulturalizmi təbliğ olunur. Bununla yanaşı, Azərbaycanı sevən, Azərbaycan dilini öyrənmək istəyən xarici ölkələrdə yaşayan gənclərin birgə fəaliyyəti nəticəsində “Azərbaycanın gənc dostları” layihəsi formalaşdırılır. Bu layihənin icrası nəticəsində illər sonra elm, təhsil, mədəniyyət adına bir sıra ciddi nailiyyətlər əldə olunacaq.

Qeyd edək ki, növbəti tədris ilindən Cahan Dillər Universitetində Azərbaycan dili fənni tədris olunacaq. ADU-nun beynəlxalq əlaqələrin qurulmasında qarşısına qoyduğu məqsədlərdən biri də xarici ölkə universitetləri ilə qarşılıqlı tədqiqat sahələrini genişləndirməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri