Özbəkistanda azərbaycanlı alimin monoqrafiyası təqdim olunub
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetində keçirilən beynəlxalq elmi konfransın plenar iclasında məruzə ilə çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans özbək cədidçilik hərəkatının görkəmli nümayəndələrindən olan Əbdürrauf Fitrətin anadan olmasının 140 illiyinə həsr edilib. “Professor Əbdürrauf Fitrətin ədəbi-elmi və ictimai-siyasi fəaliyyəti dünya cədidşünaslığı kontekstində” mövzusunda təşkil edilən konfransın plenar və bölmə iclaslarında 50-dən çox elmi məruzə dinlənilib.
Qeyd edək ki, Mehman Həsənli uzun illərdir XX əsrin əvvəlləri özbək cədidçiliyi və Əbdürrauf Fitrətin yaradıcılığı ilə bağlı elmi araşdırmalar aparır. Alimin bu istiqamətdə çoxsaylı elmi məqalələri müxtəlif akademik nəşrlərdə dərc olunub, beynəlxalq konfranslarda məruzələr edib.
Ötən il müəllifin “Əbdürrauf Fitrət və özbək cədidçiliyi” adlı elmi monoqrafiyası nəşr olunub. Beynəlxalq konfrans çərçivəsində sözügedən monoqrafiya təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 20 May 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















