Özbəkistanda TDT ölkələrinin gənclər və idman siyasəti müzakirə olunub
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 17 oktyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatının (TDT) Gənclər və İdman Nazirləri Şurasının 9-cu iclası çərçivəsində Özbəkistan İdman Nazirliyində ekspert konfransı keçirilib.
AZƏRTAC özbək mediasına istinadla xəbər verir ki, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin nazirlik və qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə iştirakçı ölkələr arasında idman və gənclər siyasəti sahəsində əməkdaşlığın gücləndirilməsi, uzunmüddətli razılaşmaların əldə edilməsi, iri idman tədbirlərinin təşkili, yeni perspektivli layihələrin işlənib hazırlanması və həyata keçirilməsi kimi məsələlər müzakirə olunub. Qeyd edilib ki, bu yaxınlarda Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə görüşündə diqqət mərkəzində olan məsələlərdən biri də gənclər siyasəti olub.
Konfrans iştirakçıları konkret təkliflər və layihələr ətrafında fikir mübadiləsi aparıb, TDT ölkələrində keçiriləcək idman tədbirləri, habelə gənclərin forumlarının təşkilində türk dövlətlərinin müvafiq qurumlarının sıx qarşılıqlı fəaliyyətinin əhəmiyyətini vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 17 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















