Icma.az
close
up
RU
Özəl məktəblərdə şagirdlərlə daha ehtiyatlı davranılır?

Özəl məktəblərdə şagirdlərlə daha ehtiyatlı davranılır?

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Özəl təhsil müəssisələrində valideynlərin yüksək məbləğdə ödəniş etməsi bəzən müəllim-şagird münasibətlərində fərqli yanaşma məsələsini gündəmə gətirir. Hətta bəzi müəllimlər bildirirlər ki, onlara rəhbərlik tərəfindən "ödəniş edildiyini nəzərə alın, xüsusi yanaşın” kimi tapşırıqlar verilir. Bu fonda belə bir yanaşma formalaşır ki, valideyn çox məbləğ ödədiyi üçün müəllim şagirdə sərt yanaşmamalı, irad bildirməməli və davranış, eləcə də qiymətləndirmə məsələlərində daha yumşaq mövqe tutmalıdır.

Bəs bu yanaşma nə dərəcədə doğrudur və ödəniş faktoru təhsildə bərabər münasibət prinsipini poza bilərmi?

Təhsil eksperti Ramin Nurəliyev Valyuta.az-a bildirib ki, bəzi özəl təhsil müəssisələrində şagirdin təhsil haqqı ödəməsi səbəbilə ona daha yumşaq yanaşılması halları müşahidə oluna bilər: "Təəssüf ki, bəzi hallarda məktəb rəhbərliyi müəllimlərə şagirdin ödəniş etdiyini əsas gətirərək onunla daha ehtiyatlı davranmağı tövsiyə edir. Şagirdin məktəbdən uzaqlaşdırılması məktəb üçün maliyyə itkisi hesab olunduğuna görə belə bir yanaşma formalaşır. Amma bu, düzgün yanaşma deyil".

Ekspert vurğulayıb ki, istər dövlət, istərsə də özəl təhsil müəssisələrində şagird-müəllim münasibətləri hüquq və vəzifələr çərçivəsində tənzimlənir: "Təhsil haqqında qanuna əsasən, bütün şagirdlərin hüquqları eynidir. Valideynin ödəniş etməsi müəllimin şagirdə fərqli münasibət göstərməsi üçün əsas ola bilməz. Müəllim və şagird öz səlahiyyət və məsuliyyətlərini aşmamalıdır".


R.Nurəliyev qeyd edib ki, müəllimə təzyiq göstərilməsi və ya pedaqoji prinsiplərdən kənar davranış qanunvericiliyə ziddir: "Bizim kökdən gələn ənənələrimizə nəzər saldıqda, müəllim hər zaman baş tacı hesab olunub. Müəllimə hər hansı formada təzyiq göstərilməsi yolverilməzdir. Müəllim cəmiyyətin, millətin gələcəyini formalaşdıran əsas fiqurdur və bu istiqamətdə ona qarşı edilən hər hansı təzyiq Təhsil haqqında qanuna ziddir.

Əgər hər hansı bir qayda, tapşırıq və ya yanaşma istər orta ümumi təhsil məktəbinin, istərsə də özəl təhsil müəssisəsinin nizamnaməsində açıq şəkildə qeyd olunubsa, bu halda həmin müəssisənin daxili idarəetmə prinsipləri çərçivəsində buna etiraz etmək mümkün deyil. Çünki hər bir təhsil müəssisəsi fəaliyyətini öz nizamnaməsinə uyğun şəkildə həyata keçirir.

Lakin mövcud qanunvericilik və praktikaya əsasən, nizamnamələrdə müəllimə və ya şagirdə fərqli münasibəti əsaslandıran və ya qanuniləşdirən belə bir qayda mövcud deyil. Elm və Təhsil Nazirliyinə tabe olan təhsil müəssisələrində müəllim və şagirdlərin hüquq və vəzifələri bərabər şəkildə qorunur".

Psixoloq Günel Hacızadə isə bildirir ki, məsələ kənardan göründüyü qədər sadə deyil: "Özəl liseylərdə oxuyan çoxlu yeniyetmə və valideynlərlə çalışmışam. Müasir dövrdə "müəllim uşağa fərqli yanaşsın" tələbi əvvəlki illərlə müqayisədə xeyli azalıb. Əvvəllər bir sinifdə 20 valideyn bunu tələb edirdisə, indi bu rəqəm maksimum 2–3 nəfərdir, bəzən isə heç olmur”.

Psixoloqun sözlərinə görə, özəl məktəblərə marağın əsas səbəbi artıq status deyil, təhsilin keyfiyyətidir: "Əvvəllər özəl liseylərdə əsasən çox yüksək gəlirli ailələrin uşaqları oxuyurdu. İndi isə orta gəlirli ailələr də övladlarını özəl məktəblərə göndərir. Valideynlərin əsas gözləntisi fərqli münasibət yox, daha keyfiyyətli təhsildir".

G.Hacızadə hesab edir ki, bu mövzunun gündəmə gəlməsi daha çox neqativ hadisələrdən sonra baş verir: "Əsas problem maddiyat və ya məktəb-valideyn münasibəti deyil. Daha ciddi məsələ valideyn-uşaq münasibətlərinin düzgün qurulmaması, valideynin övladına kifayət qədər vaxt ayırmaması və onun psixoloji durumuna diqqət yetirməməsidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Fevral 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri