Icma.az
close
up
RU
Özəl Tibb Müəssisələri Assosiasiyası ilk tibbi yardım təlimləri keçirib FOTOLAR

Özəl Tibb Müəssisələri Assosiasiyası ilk tibbi yardım təlimləri keçirib FOTOLAR

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan təcrübəsində ilk dəfə olaraq 8 ali təhsil müəssisəsi və 2 kollecdə beynəlxalq standartlara uyğun ilk tibbi yardım təlimləri təşkil edib

Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Həyata dəstək: ilkin tibbi yardım təlimləri" layihəsini uğurla başa çatdırıb.

Layihə çərçivəsində Azərbaycan təcrübəsində ilk dəfə olaraq ÖTMA “Medic School Training Center” ilə birgə 9 ali təhsil müəssisəsi və 1 kollecdə beynəlxalq standartlara uyğun ilk tibbi yardım təlimləri təşkil edib.

Layihənin əsas məqsədi ali və orta ixtisas təhsil müəssisələrində tələbələrin və müəllimlərin ilk tibb yardım üzrə bilik və praktiki bacarıqlarını artırmaq, bununla da onların fövqəladə hallara effektiv cavab vermək bacarıqlarını inkişaf etdirmək, daha təhlükəsiz təhsil mühitinin yaradılmasına yardım göstərməkdir.

Təlimlər Amerika Ürək Assosiasiyasının (AHA) beynəlxalq protokollarına əsasən sertifikatlaşdırılmış təlimçilər tərəfindən aparılıb. Bu, Azərbaycan təcrübəsində ilk dəfə olaraq təhsil müəssisələrində belə geniş miqyasda ilk tibb yardım təlimlərinin təşkili təcrübəsidir.

Layihə çərçivəsində keçirilən hər bir 4 saatlıq təlim nəzəri biliklərlə yanaşı, praktiki məşğələləri də əhatə edib. İştirakçılar ürək-ağciyər reanimasiyası (CPR), qanaxmaların dayandırılması, tənəffüs yollarının açılması və digər həyati vacib ilk yardım prosedurlarını öyrəniblər. Təlimlərin sonunda test nəticələrinə əsasən uğurlu iştirakçılara sertifikatlar təqdim olunub.

Ümumilikdə 200-ə yaxın tələbə və müəllim bu təlimlərdə iştirak edib. Təlimlər Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, UNEC, Xəzər Universiteti, ADMİU nəzdində Humanitar Kollec və Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində keçirilib.

Layihənin yekunları ilə əlaqədar ÖTMA-nın İdarə Heyətinin sədri Günel Əliyeva bildirib ki, Assosasiya bu layihə ilə cəmiyyət üçün çox vacib töhfə veirb: “İlk dəfə olaraq ali və orta ixtisas təhsil müəssisələrində belə geniş miqyasda beynəlxalq standartlara əsaslanan ilk tibbi yardım təlimlərinin keçirilməsi gənclərin və müəllimlərin həyat qurtaran biliklərlə yiyənlənməsi deməkdir. Bu təlimlər vasitəsilə biz həm təhsil, həm səhiyyə, həm də ictimai təhlükəsizlik sahələrində əhəmiyyətli töhfə verdik. ÖTMA olaraq hesab edirik ki, bu təşəbbüs yalnız bir layihə ilə yekunlaşmamalıdır. Gələcəkdə ölkə üzrə geniş tətbiq olunmalıdır.”

ÖTMA bu təşəbbüsü gələcəkdə ölkənin digər regionlarına da yaymağı, eyni zamanda təhsil müəssisələrində ilk tibbi yardım üzrə daimi təlim proqramlarının formalaşdırılmasına dəstək verməyi planlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Noyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri