Icma.az
close
up
RU
Özəl, yoxsa dövlət universiteti? Təhsil ekspertindən abituriyentlərə TÖVSİYƏ

Özəl, yoxsa dövlət universiteti? Təhsil ekspertindən abituriyentlərə TÖVSİYƏ

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ali təhsil, bir gəncin gələcəyinə aparan ən vacib mərhələlərdən biridir. Universitet seçimi isə yalnız diplom deyil, həm də düşüncə tərzi, çevrə, imkanlar və gələcək karyera yoluna təsir edən əsas qərarlardan sayılır. Bu baxımdan, gənclər və valideynlər üçün “özəl, yoxsa dövlət universiteti?” sualı hər il aktual qalır.

Bəs bu iki seçimdən hansı gəncin gələcəyinə daha sağlam və etibarlı körpü salır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirdi ki, özəl və dövlət universitetləri arasında seçim edərkən əsas diqqət yetirilməli olan məsələ təhsil müəssisəsinin statusundan çox, onun təqdim etdiyi imkanlar, akademik mühitin keyfiyyəti və tələbəyə göstərilən fərdi yanaşmadır:

"Bu gün artıq klassik şəkildə “özəl zəifdir, dövlət güclüdür” yanaşması aktuallığını itirib. Həm dövlət, həm də özəl sektorun daxilində güclü, innovativ və tələbə yönümlü ali təhsil müəssisələri mövcuddur. Mühüm olan budur ki, gənc seçimini sırf təhsil haqqının miqyasına və ya universitetin adı ilə bağlı köhnə stereotiplərə əsasən deyil, gələcəkdə qurmaq istədiyi karyeraya hansı ünvanın daha yaxın olduğunu dəyərləndirərək etsin.

Bəzi özəl universitetlər xarici akkreditasiyalar, beynəlxalq partnyorluqlar, çevik təhsil proqramları, müasir laboratoriyalar və fərdi mentorluq imkanları ilə seçilir. Onlar tələbəyə daha çox fərdi inkişaf və əmək bazarına hazırlıq yönümlü mühit təqdim edir. Eyni zamanda ölkəmizdə çox yüksək elmi potensiala, dərin akademik ənənələrə və illərlə formalaşmış ixtisaslaşmaya malik dövlət universitetləri də var. Bu ali məktəblər müəyyən ixtisaslar üzrə ölkədə lider mövqedədir və bu sahələrdə karyera qurmaq istəyən gənclər üçün real üstünlüklər yarada bilir".

Təhsil eksperti qeyd etdi ki, hər iki modelin öz üstünlükləri var və bu üstünlüklərin hansının bir gəncin gələcək planları ilə üst-üstə düşdüyü daha önəmlidir.

"Seçim zamanı universitetin yalnız indiki imkanları deyil, gələcək inkişaf perspektivləri, təcrübə proqramları, məzunlarının uğurları, müəllim heyətinin peşəkarlığı və tədris mühitinin açıqlığı da diqqətdə saxlanmalıdır.

Günün sonunda sağlam və etibarlı körpünü nə dövlət, nə də özəl universitetin adı salır. Bu körpünü həmin təhsil ocağının təqdim etdiyi imkanlar, tələbənin bu imkanlardan necə istifadə etməsi və özünü necə inkişaf etdirməsi inşa edir. Yəni gələcəyin uğurlu karyerası, sadəcə ali məktəbin adı ilə yox, həmin ali məktəbdə sərgilənən şəxsi təşəbbüskarlıq, fəallıq və davamlı öyrənmə istəyi ilə formalaşır. Gəncin motivasiyası, hədəfli inkişaf planı və öyrənməyə olan münasibəti olduğu halda, o, seçdiyi istənilən universitetdə uğurlu bir yol qura bilər", - deyə Əmrah Həsənli bildirdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyul 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri