Icma.az
close
up
RU
Özgür Özəl yenidən CHP sədri seçildi: Türkiyə siyasətində yeni dönəm

Özgür Özəl yenidən CHP sədri seçildi: Türkiyə siyasətində yeni dönəm

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

21 sentyabrda Türkiyənin Cümhuriyyət Xalq Partiyasının növbədənkənar qurultayında Özgür Özəl yenidən partiyanın sədri vəsifəsinə seçildi. Özgür Özəl yeganə namizəd olaraq 835 səs aldı.

21 sentyabrda Türkiyə siyasəti müxalifətin konsolidasiyası ilə bağlı yeni siqnal aldı. Özgür Özəl yekdilliklə Cümhuriyyət Xalq Partiyasının sədri vəzifəsinə yenidən seçildi və bu hadisənin Türkiyə siyasəti üçün çox böyük önəmi var.

Ərdoğanın ən böyük müxalif qüvvəni zəiflətmək və parçalamaq üçün göstərdiyi bütün cəhdlərə baxmayaraq, CHP Türkiyə siyasi səhnəsi üçün nadir sayılan birliyi nümayiş etdirdi. Son illərdə CHP-nin daxilində yaşanan gərginliklər davamlı olaraq partiyanı parçalayaraq zəiflədirdi və bu proseslər birmənalı olaraq Ərdoğanın maraqlarına cavab verirdi.

21 sentyabrda baş verənlər Ərdoğan üçün narahatedici siqnal oldu. Türkiyənin Prezidenti indiyədək müxalifətinin əsas probleminin məhz parçalanma, bitib-tükənməyən mübahisələr və bloklararası rəqabətə öyrəşmişdi və bundan hərtərəfli istifadə edirdi.

İndi isə, Kamal Kılıçdaroğlunun gedişindən sonra CHP təkcə yenilənmək deyil, həm də davamlılığı qorumaq, bir liderin ətrafında birləşmək qabiliyyətini nümayiş etdirir. Bu isə Özgür Özəli partiyanın müxtəlif qanadlarını birləşdirə bilən siyasi fiqur kimi səciyyələndirir.

Son aylarda CHP-nin reytinq artımı Türkiyədə dərinləşən sosial-iqtisadi böhranla üst-üstə düşür. İnflyasiya, milli valyutanın dəyərdən düşməsi, biznesin çətinlikləri və gənclər arasında artan narazılıq müxalifət üçün münbit zəmin yaradır. Təhdidi dərk edən Ərdoğan isə repressiv alətlərə yenidən üz tutur: siyasi rəqiblərin məhkəmə təqibi, müxalif fəallar, jurnalistlər və siyasi liderlər barəsində cinayət işlərin qaldırır. Faktiki olaraq icra hakimiyyətinə tabe olan məhkəmə sistemi siyasi mübarizənin əsas alətinə çevrilir.

Lakin bu taktikanın ikili təsiri var. Bir tərəfdən, o, müxalifət strukturlarının fəaliyyətini çətinləşdirir, onların bölgələrdə işləmək və müstəqil gündəm formalaşdırmaq imkanlarını məhdudlaşdırır. Digər tərəfdən, həddindən artıq təzyiq çox vaxt əks nəticə doğurur, təqib olunanlara rəğbət artır və tərəddüd edən seçicilər arasında hakimiyyət əleyhinə əhval yüksəlir. CHP üçün bu, bütün maneələrə baxmayaraq, cəmiyyətin maraqlarını və demokratik prinsipləri müdafiə edən bir partiya obrazından yararlanmaq imkanıdır.

Beləliklə, Özgür Özəlin yenidən seçilməsi sadəcə partiyadaxili hadisə deyil, Türkiyə siyasətində simvolik dönüş nöqtəsidir. CHP uzun müddətdən sonra ilk dəfə yeni birlik ortaya qoyur, Ərdoğan isə artıq əvvəlki qədər səmərəli olmayan köhnə üsullara söykənir. Qarşıdakı aylarda müxalifətə təzyiqlərin güclənməsi gözlənilsə də, eyni zamanda ana müxalifətin səfərbərlik potensialının artması ehtimalı da böyükdür.

Kamran Cəfərov

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Sentyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri