Icma.az
close
up
RU
Özu İran, adı Ordubad: Gördüyünüz yerdə çəkin, paylaşın

Özu İran, adı Ordubad: Gördüyünüz yerdə çəkin, paylaşın

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Son illərdə Azərbaycanda bazarlarda tez-tez rast gəlinən hallardan biri xaricdən gətirilən kənd təsərrüfatı məhsullarının yerli istehsal adı ilə satışıdır.

Xaricdən gətirilən bəzi meyvə-tərəvəzlərin yerli məhsul adı ilə satışa çıxarılması alıcılar arasında çaşqınlıq yaradır. Xüsusilə İrandan gətirilən malların Naxçıvan və Ordubad istehsalı kimi təqdim edilməsi həm alıcıların aldadılması, həm də yerli fermerlərin əməyinin heçə sayılması deməkdir.

Niyə  xaricdən gətirilən məhsullar bazarlarda yerli məhsul adı ilə satılır?

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən iqtisadçı- ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda və digər ölkələrdə xarici mənşəli kənd təsərrüfatı məhsullarının yerli adlarla satışa çıxarılması geniş yayılmış problemdir:

“Bu hal həm istehlakçını çaşdırır, həm də yerli istehsalçılar üçün ədalətsiz rəqabət mühiti yaradır. Belə halların artmasının  əsas səbəblərdən biri qiymət və etibar üstünlüyüdür. Yerli məhsullar alıcılar tərəfindən daha təbii və keyfiyyətli hesab olunur. Xarici məhsulları yerli adlarla təqdim etmək isə satıcılara əlavə üstünlük qazandırır. Belə olduqda, insanlar “yerli məhsuldur” deyə daha rahat və inamla alış edir".

Digər bir səbəb nəzarətin zəifliyi və düzgün etiketləmənin olmamasıdır:

"Bəzi hallarda məhsulun haradan gəldiyi aydın göstərilmir, yoxlamalar isə sistemli şəkildə aparılmır. Bu da satıcılara məhsulu istədikləri adla təqdim etməyə imkan verir. Rəqabət təzyiqi də bu problemin səbəblərindəndir. Yerli istehsalın güclü olduğu bölgələrdə xarici məhsullar bazarda qalmaq üçün özlərini “yerli məhsul” kimi göstərmək məcburiyyətində qalır.

Bəzən bu, qanunsuz praktika şəklində olur və faktiki mənşəyin gizlədilməsi həm istehlakçıları, həm də dövlətin vergi və ticarət siyasətini zərər altında qoyur. Bu problemlə mübarizə aparmaq üçün Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi məhsulların düzgün etiketlənməsi üzərində nəzarəti artırmalı, qanunvericiliyə uyğun olaraq məhsulun mənşəyi və istehsalçı ölkəsi istehlakçıya düzgün şəkildə göstərilməlidir”.

Onun sözlərinə görə, bu cür hallar həm iqtisadi, həm də hüquqi baxımdan ciddi problemlər yaradır:

“Azərbaycanda xaricdən gətirilən bəzi məhsulların yerli adı ilə satışa çıxarılması alıcıları çaşdırmaqla yanaşı, həm də bazarda şəffaflığın pozulmasına səbəb olur. Belə halların qarşısını almaq üçün dövlət qurumları və istehlakçılar birlikdə fəaliyyət göstərməlidir.

Problemin həlli üçün ilk növbədə dövlət nəzarəti gücləndirilməlidir. Qida Təhlükəsizliyi Agentliyi bazarlarda və mağazalarda satılan məhsulların mənşəyini və etiketlərinin düzgünlüyünü mütəmadi olaraq yoxlamalıdır. Xarici məhsulların ölkəyə daxil olarkən rəsmi sənədlərlə müşayiət olunması və mənşəyinin aydın şəkildə təsdiqlənməsi vacibdir. Əgər satıcı məhsulun mənşəyi barədə istehlakçını yanıltmağa çalışarsa, bu halda ona qarşı cərimə və digər sanksiyalar tətbiq olunmalıdır.

Digər vacib məsələ düzgün etiketləmə hesab olunur, yəni hər bir məhsulun üzərində istehsal olunduğu ölkənin, istehsalçının və hətta regionun adı açıq şəkildə yazılmalıdır. Eyni zamanda, istehlakçılar bu etiketləri diqqətlə oxumağa və məhsulun mənşəyini yoxlamağa təşviq edilməlidirlər. Bu məqsədlə mediada və sosial şəbəkələrdə maarifləndirici kampaniyalar aparılmalıdır”.

Ekspert qeyd edib ki, xaricdən gətirilən məhsullar açıq şəkildə "xarici mənşəli" olaraq təqdim edilməlidir:

“İstehlakçılar da bu prosesin bir hissəsidir. Əgər alıcı bazarda və ya mağazada məhsulun yanlış etiketlə satıldığını görürsə, bunu ictimailəşdirməli, sosial şəbəkələrdə və aidiyyəti qurumlara məlumat verməklə mövzuya diqqət çəkməlidir. Bəzi hallarda istehlakçılar məhsulun barkodunu skan edərək onun mənşəyi barədə məlumat ala biləcəkləri tətbiqlərdən də istifadə edə bilərlər.

Bununla yanaşı, idxal və yerli istehsal siyasətləri də tənzimlənməlidir. Yerli istehsalın keyfiyyəti və rəqabət qabiliyyəti artırılmalıdır ki, alıcılar xarici məhsula deyil, yerli məhsula üstünlük versinlər. Xaricdən gətirilən məhsullar isə açıq şəkildə "xarici mənşəli" olaraq təqdim edilməli, alıcıların yanıldılmasına yol verilməməlidir. Bu problemin həlli üçün əsas amillər düzgün etiketləmə, güclü nəzarət və istehlakçıların məlumatlandırılmasıdır. Bütün bu tədbirlər birlikdə tətbiq olunarsa, xarici məhsulların yerli adı ilə satışının qarşısını almaq mümkün olacaq”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri