Pakistan Baş naziri: Azərbaycan və Türkiyə prezidentlərinin dəstəyini heç vaxt unutmayacağıq
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
APA xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
“Azərbaycan vaxtilə Ermənistanın hücumuna məruz qalmışdı. Türkiyə və Pakistan bir qaya kimi Azərbaycanın yanında oldu. Pakistan Hindistanın hücumuna məruz qalanda əziz qardaşım Prezident İlham Əlyiev və Prezident Rəcəb Tayyib Ərdoğan, bu ölkələrdəki bacı və qardaşlarımız dərhal Pakistanı dəstəklədilər. Bu, bizim tariximizin ən gözəl anlarından biri idi ki, 3 qardaş ölkə bir ailə olaraq çətin anda bir araya gəldi. Biz əziz qardaşım Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyini heç vaxt unutmayacağıq. Mən bunun əvəzini heç vaxt çıxa bilmərəm, Allah özü bu qardaşlığa və səmimi dəstəyə görə mükafatlandıracaq ”, - deyə Pakistan Baş naziri vurğulayıb .
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 28 May 2025 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















