Icma.az
close
up
RU
Pakistan Ermənistanla diplomatik münasibətləri Azərbaycanla razılaşdırıb? AÇIQLAMA

Pakistan Ermənistanla diplomatik münasibətləri Azərbaycanla razılaşdırıb? AÇIQLAMA

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda əldə olunan 8 avqust tarixli razılaşmalarından sonra regionda bərqərar olan sülhün möhkəmlənməsi istiqamətində atılan addımlar daha da sürətlənməyə başlayıb. Bununla yanaşı, Ermənistan Azərbyacanın müttəfiqləri Türkiyə və Pakistanla münasibətləri normallaşdırmaq istiqamətində səylərini artırıb. Ermənistanın ən çox istədiyi məsələlərdən biri Türkiyə ilə sərhədlərin açılmasıdır. Türkiyənin bu məsələdə mövqeyi isə birmənalıdır, sərhədlərin açılması üçün Azərbaycanla yekun sülh sazişi imzalanmalıdır.

Şanxay Əməkdaşlıq Təşkilatının 31 avqustda Çində keçirilən sammiti çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla pakistanlı həmkarı İshaq Dar görüş keçirib. Nazirlər görüşün yekununda iki ölkə arasında diplomatik münasibətlərin qurulması barədə kommünike imzalayıb.

Pakistanın Ermənistanla diplomatik münasibətlərin qurulması üçün yekun sülh sazişini gözləyib-gözləməyəcəyi maraq doğurur.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Pakistan Parlamentlərarası İşçi Qrupunun üzvü Nəsib Məhəməliyev bildirib ki, Pakistan Ermənistanla kommünke imzalamazdan əvvəl bunu Azərbaycanla razılaşdırıb:

“Pakistanın Ermənistanla diplomatik münasibətlər qurması ilə bağlı protokol Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son sammitində imzalanıb. ŞƏT-in son iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edirdi. Tam əminəm ki, Pakistan Ermənistanla diplomatik münasibətlərin qurulması ilə bağlı protokol imzalamazdan əvvəl Azərbaycan Prezidentinin razılığını alıb. Bir daha qeyd etmək lazımdır ki,  Azərbaycanın razılığından sonra Pakistan belə bir addım atıb. Artıq sülh dövrü başlayıb. 8 avqust tarixli Vaşinqton görüşündə sülh sazişi paraflandı. Bu baxımdan Azərbaycanla Ermənistan arasında konfrontasiya ritorikasından daha çox sülhə yönəlik addımlar atılmalıdır. Ermənistan siyasi hakimiyyətinin atdığı addımlarda bunu görürəm. Hesab edirəm ki, Azərbaycan cəmiyyətində də sülhə meyillənmə var. Ümumi geosiyası planda Azərbaycanla Ermənistan arasında sülhə mane olan qüvvələr bəllidir. Artıq bu regional məsələlərdə Cənubi Qafqaz ölkələri olaraq eyni məqsədə xidmət etməliyik. Türkiyənin xarici işlər nazirinin son bəyanatını çox müsbət qəbul edirəm. Sərhədlərin açılması Ermənistan üçün taleyüklü məsələdir. Ermənistan cəmiyyətində kifayət qədər revanşist mövqedə duran qüvvələr var. Bu baxımdan Türkiyənin sərhədləri yekun sülh sazişindən sonra açma mövqeyi çox düzgündür. Bu bizim prinsipial mövqeyimizdir. Türkiyə bütün bu regional məsələlərdə Azərbaycanın razılığı olmadan heç bir addım atmır. Bu siyasət birmənalı şəkildə Azərbaycan Prezidentinin mövqeyinə uyğundur”.

N.Məhəməliyev Pakistanın yekun sülh sazişi imzalanmadan Ermənistanla diplomatik münasibətlər qura biləcəyini vurğulayıb:

“Coğrafiyaya diqqət yetirmək lazımdır. Ermənistan üçün Türkiyə ilə sərhədlərin açılması taleyüklü məsələdir, olduqca aktual məna kəsb edir. Pakistan kifayət qədər uzaq coğrafiyadadır. Burada Türkiyə ilə Pakistanı eyni tərəziyə qoymaq düzgün deyil. Ermənistan son 30-35 ildə daha çox cəhd göstəririr ki, sərhədlər açılsın. Bununla bağlı zaman-zaman Türkiyənin siyasi konyekturasında olan insanları xatırlayırıq ki, “futbol diplomatiyası” olub. Əhməd Davudoğlunun Baş nazir olduğu dövrdə belə mövqe ortaya qoyuldu ki, işğalla, sərhədlərin açılması ayrı-ayrı məsələlərdir. Bunu onunla əsaslandırırdılar ki, sərhədlər açılsa, Ermənistan Türkiyə iqtisadiyyatına inteqrasiya edəcək, siyasi münasibətlər daha yaxşı formalaşacaq, onun Rusiyadan asılılığı azalacaq və Qarabağ problemi həll olunacaq. Bu da xülya idi, doğru yanaşma deyildi. Bu düşüncə iflasa uğradı. Bizim üçün Pakistanın Ermənistanla siyasi münasibətlər qurması normaldır. Bunu doğru hesab edirik. Ancaq Türkiyə ilə sərhədlərin açılmasının mütləq şəkildə yekun sülh sazişi imzalandıqdan sonra olması məsələhətlidir. Bu bizim üçün prinsipial mövqedir. Cənab Prezident bu məsələlərdə çox dəqiq işlənmiş strategiyaya sahibdir. Həmin strategiya da həyata keçirilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Sentyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri