Icma.az
close
up
RU
Pakistan matəm günündə də yanımızda oldu

Pakistan matəm günündə də yanımızda oldu

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif dekabrın 26-da Azərbaycanın İslamabaddakı səfirliyini ziyarət edib.

Pakistanın Baş naziri AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə şəfa diləyib.

Məhəmməd Şahbaz Şərif səfirlikdə açılmış xatirə kitabında ürək sözlərini yazıb. Pakistan ilə Azərbaycanın hər zaman həmrəylik nümayiş etdirdiyini vurğulayan Baş nazir, Pakistanın Azərbaycana hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

AzNews.az

seeBaxış sayı:93
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri