Pakistanda musson fəlakətləri: Ölənlərin sayı 746 ya çatdı
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Pakistanda iyunun 26-dan bəri davam edən musson yağışlarının yol açdığı fəlakətlər nəticəsində həyatını itirənlərin sayı 746 nəfərə yüksəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Pakistan Milli Fövqəladə Halların İdarə Olunması Qurumunun (NDMA) məlumatına görə, son 24 saatda baş verən hadisələrdə, əsasən Gilgit-Baltistan bölgəsində olmaqla 44 nəfər həlak olub.
Təkcə iki ay ərzində ölkə üzrə baş verən fəlakətlər yüzlərlə insanın həyatına son qoyub.
Şimal-qərbdə xilasedicilər Buner bölgəsində itkin düşən 150 nəfərin axtarışını davam etdirirlər.
Xəbərdarlıq edilib ki, yaxın günlərdə ölkənin cənub bölgələrində güclü yağışlar gözlənilir. Bu səbəbdən Karaçi, Haydarabad, Thatta, Badin, Mirpurxas və Sind əyalətinin Sukkur şəhərində yolların su altında qalacağı, nəqliyyatda ciddi problemlər yaranacağı, elektrik və rabitə xətlərinin zədələnə biləcəyi bildirilib.
Oksana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 Avqust 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















