Pakistandan Əfqanıstana jest Yük maşınlarının Hindistana keçməsinə icazə verib
Mia.az saytına istinadən Icma.az xəbər verir.
Pakistan hakimiyyəti Hindistanla ticarətin dayandırılmasından bir həftə sonra 150 əfqan yük maşınının Hindistana keçməsinə icazə verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Əfqanıstanla olan qardaşlıq münasibətlərini nəzərə alaraq, Hindistana tranzit yük daşıyan və 25 aprel 2025-ci il tarixindən əvvəl Pakistana daxil olmuş əfqan yük maşınlarının Vagah sərhədindən qarşı tərəfə keçməsinə icazə verilib.
Xatırladaq ki, rəsmi İslamabad aprelin 24-də Hindistanla hava məkanını və quru sərhədini bağlayıb, üstəlik, bütün ticarəti dayandırıb, .
Qeyd edək ki, iki ölkə aprelin 22-də Hindistanın idarə etdiyi Cammu və Kəşmirin Pahalqam bölgəsində terrorçuların 26 turisti öldürməsindən sonra savaş həddinə çatıblar.
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 02 May 2025 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















