Icma.az
close
up
RU
Pakistanla hüquqi sahədə əməkdaşlığımız genişləndiriləcək

Pakistanla hüquqi sahədə əməkdaşlığımız genişləndiriləcək

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Azərbaycan və Pakistan arasında hüquqi sahədə əlaqələrin möhkəmləndirilməsi məqsədilə Pakistan İslam Respublikasının hüquq və ədliyyə naziri Azam Nazir Tararın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Ardınca Şəhidlər xiyabanı, Zəfər parkı və Zəfər abidəsi ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi anılıb.

Daha sonra ədliyyə naziri Fərid Əhmədov pakistanlı həmkarı ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında hüquqi sahədə mövcud əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb, həmçinin siyasi, iqtisadi, ticarət və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub.

Tərəflər Prezident İlham Əliyevin 2024-cü ilin iyul ayında Pakistana dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nun əhəmiyyətinə toxunublar.

Memorandumun icrası məqsədilə görüşdə beynəlxalq müqavilə olmayan “Əməkdaşlıq Proqramı” imzalanıb. Proqram çərçivəsində rəqəmsal ədliyyə, ədalət mühakiməsində süni intellektin tətbiqi, hüquq sahəsində elmi tədqiqatların aparılması, eləcə də təhsil və tədrisin təşkil edilməsi, qanunvericiliyin işlənməsi, mübahisələrin alternativ həlli sahəsində əməkdaşlıq və digər aktual istiqamətlər üzrə təlimlərin təşkili planlaşdırılır. “Əməkdaşlıq Proqramı”nın icrası məqsədilə tərəflər Fəaliyyət Planının hazırlanması barədə də razılığa gəliblər.

Görüş zamanı Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın yüksək qiymətləndirildiyi bildirilib, qarşılıqlı səfər və təmasların hüquqi sahədə əməkdaşlığın daha da inkişafına töhfə verdiyi vurğulanıb. Həmçinin tərəflər gələcək əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyul 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri