Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Pakistanlı ekspert: Hər bir əsgərin arxasında Azərbaycan xalqının sarsılmaz dəstəyi dayanırdı

Pakistanlı ekspert: Hər bir əsgərin arxasında Azərbaycan xalqının sarsılmaz dəstəyi dayanırdı

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 12 noyabr, Leyla Muradzadə, AZƏRTAC

Zəfər Günü hərbi əməliyyatların başa çatmasından daha böyük mənaya malikdir, belə ki, bu tarix ədalətin bərpasının və beynəlxalq hüququn zəfərinin rəmzidir. Təxminən otuz il ərzində beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinin 20 faizi işğal altında qalmış, bu da bir milyondan artıq vətəndaşın öz evlərini tərk etməsinə səbəb olmuş, xalqı isə zəngin mədəni və mənəvi irsi ilə vəhdətdə yaşamaq imkanından məhrum etmişdi. 2020-ci il Vətən müharibəsi zamanı bu torpaqların azad edilməsi təkcə hərbi Qələbə deyil, həm də milli dirçəlişin dərin bir mərhələsini təcəssüm etdirdi.

Bu fikirləri AZƏRTAC-a pakistanlı geoiqtisadi təhlilçi, Avrasiya əlaqələri, resurs diplomatiyası və dayanıqlı inkişaf üzrə siyasət tədqiqatçısı İmran Bhatti söyləyib.

Ekspert qeyd edib ki, 2020-ci ildə qazanılmış Qələbə Azərbaycanın igid oğul və qızlarının fədakarlığı sayəsində mümkün olub: “Azərbaycanın çoxəsrlik hərb ənənələrindən ilham alan bu günümüzün qəhrəmanları ən çətin şəraitdə misilsiz cəsarət və peşəkarlıq nümayiş etdirdilər. Onların sonsuz fədakarlığı bizə xatırladır ki, azadlığı qazanmaq lazımdır. Bu, mübarizə tələb edən bir dəyərdir və milli suverenliyin qorunması hər kəsdən maksimum səylə xidmət etməyi tələb edir.

Hər bir əsgərin arxasında Azərbaycan xalqının sarsılmaz dəstəyi dayanırdı. Bu xalqın dözümü və birliyi tükənməz güc mənbəyinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqınız qeyri-mümkün görünəni mümkün etdi və bunu labüd nəticəyə – Qələbəyə çevirdi”, – deyə İ. Bhatti vurğulayıb.

Agentliyin həmsöhbəti qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan strateji düşüncə gücünü, diplomatik uzaqgörənliyini və milli maraqlara sarsılmaz sədaqətini nümayiş etdirdi.

İmran Bhattinin sözlərinə görə, 44 günlük müharibə Azərbaycan xalqının həqiqi xarakterini – öz köklərinə sıx bağlı olan mahiyyətini üzə çıxardı. Bu birliyə əsaslanan milli həmrəylik Azərbaycanın “ən güclü silah növlərindən birinə” çevrildi. Müharibə göstərdi ki, bir xalq ədalət uğrunda mübarizədə birləşəndə, onun qarşısında aşılmaz maneə qalmır.

“Zəfər Günü təkcə ərazilərin bərpasını deyil, həm də Azərbaycanın mədəni və mənəvi irsinin yenidən doğuluşunu simvolizə edir. İşğal dövründə dağıdılmış qədim məscidlər, tarixi abidələr və mədəniyyət obyektləri indi öz əvvəlki möhtəşəmliyində bərpa olunur. Bu torpaqların azad edilməsi Azərbaycana öz kökləri ilə əlaqələri yenidən möhkəmləndirmək, gələcək nəsillərə əcdadlarının ənənələrini davam etdirmək və milli kimliklərini daha dərindən dərk etmək imkanı verdi.

Suverenliyin bərpası Azərbaycanın beynəlxalq arenada inamlı və müstəqil dövlət kimi mövqelərini daha da gücləndirdi. Bu Qələbə göstərdi ki, ölkə təkcə maraqlarını qorumaq iradəsinə deyil, həm də hərbi, diplomatik və texnoloji üstünlükləri effektiv şəkildə birləşdirərək mürəkkəb strateji məqsədlərə nail olmaq bacarığına malikdir”, – deyə pakistanlı ekspert əlavə edib.

İmran Bhatti bildirib ki, 2020-ci il Qələbəsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını qoyub. Bu mərhələ regionda bərpa və davamlı sülhün qurulmasına yönəlmiş iddialı səylərlə xarakterizə olunur. Ekspertin sözlərinə görə, “Böyük Qayıdış” proqramı minlərlə məcburi köçkünün doğma yurdlarına qayıtmasına imkan yaradıb, genişmiqyaslı infrastruktur layihələri isə azad edilmiş əraziləri müasir və çiçəklənən bölgələrə çevirir.

“Bu bərpa səyləri şəhər və kəndlərin fiziki bərpasından daha böyük məna daşıyır, yəni, onlar Azərbaycanın keçmiş münaqişə zonalarını əməkdaşlıq və rifah məkanına çevirmək baxışını təcəssüm etdirir. ‘Ağıllı şəhərlər’in və yaşıl enerji zonalarının yaradılması ölkə vətəndaşları üçün dayanıqlı və firavan gələcək təmin etməyə sadiqliyi bir daha nümayiş etdirir”, – deyə İmran Bhatti sözlərinə yekun vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see276

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see272

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see247

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see236

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see213

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see202

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see179

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see178

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see160

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see157

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see152

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see141

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see141

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see140

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see139

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see138

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see138

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see136

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see132

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri