Icma.az
close
up
RU
Palata: Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib

Palata: Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hesablama Palatası Maliyyə Nazirliyinin Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində aparılan maliyyə auditi zamanı dövlət borcunun uçotu və idarə olunması sahəsində bir sıra çatışmazlıqlar aşkar edib.

APA-Economics” bu barədə Hesablama Palatasına istinadən xəbər verir. Qeyd edilib ki, hesabat ilinin sonuna (2024-cü il) xarici dövlət borcu və xarici dövlət zəmanətləri üzrə faktiki qalıqların müvafiq olaraq 1,4%-i və 63,3%-i beynəlxalq maliyyə-kredit qurumları və xarici banklar tərəfindən təsdiqlənməyib və bu göstəricilər tam həcmdə üzləşdirilməyib.

Bildirilib ki, kredit müqavilələri üzrə əsas borc və faiz ödənişləri tam icra edilsə də, əsas borc və faiz hesablarında əhəmiyyətli məbləğdə vəsait qənaət kimi qalıb. Bu hal borca xidmət xərclərinin proqnozlaşdırılması zamanı bir sıra vacib amillərin – valyutaların ABŞ dollarına nisbətdə məzənnə dəyişikliklərinin, istinad faiz dərəcələrinin və bazar prinsiplərinin – kifayət qədər nəzərə alınmadığını göstərir.

Hesablama Palatası əlavə edib ki, dəyişkən faizli kreditlər üzrə istinad faiz dərəcələrinə vahid yanaşma tətbiq edilməyib, həmçinin əsas borc və faiz ödənişləri üzrə illik qrafiklər kredit müqavilələrinə uyğun şəkildə tənzimlənməyib.

Dövriyyədə olan dövlət istiqrazlarının əhəmiyyətli hissəsi dövlət büdcəsindən birbaşa və ya dolayı yolla vəsait alan hüquqi şəxslərin əlində cəmləşib. Eyni zamanda, büdcə ehtiyacları üçün buraxılan istiqrazların əsasən mövcud investorlar tərəfindən alınması daxili bazarda likvidliyin aşağı olması, investor şəbəkəsinin məhdudluğu və rəqabət mühitinin zəifliyi ilə izah olunur.

Hesablama Palatası hesab edir ki, bu şəraitdə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün yeni istiqraz emissiyaları ya tələb olunan vəsaiti tam qarşılamaya, ya da daha yüksək faiz dərəcələri ilə həyata keçirilə bilər. Bu isə növbəti illərdə dövlət büdcəsi üzrə faiz xərclərinin əhəmiyyətli dərəcədə artması riskini yaradır.

Bu səbəbdən Palata daxili dövlət borclanmasının həcminin dövlət büdcəsinin icra göstəricilərinə uyğunlaşdırılmasını tövsiyə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Yanvar 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri