Icma.az
close
up
RU
Papa Fransisk, Maloyan və erməni ruhaniliyinin terror sifəti

Papa Fransisk, Maloyan və erməni ruhaniliyinin terror sifəti

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Vatikan qondarma “erməni soyqırımı”nı təbliğ edir

Papa Fransisk qondarma “erməni soyqırımı” zamanı qətlə yetirildiyi bildirilən erməni keşişi İqnatius Maloyanın kanonlaşdırılması (müqəddəsləşdirilməsi – red.) barədə qərar verib. Bir sözlə, Vatikan onun müqəddəsləşdirilməsi tələbini qəbul edib. Tələbi irəli sürən isə Kilikiyanın katolik patriarxı XXI Rafael Petros olub.

Aydındır ki, Roma papasının addımı “erməni soyqırımı” cəfəngiyyatını yenidən dövriyyəyə gətirmək, anti-Türkiyə ovqatı yaratmaq məqsədini daşıyır. Maloyanın kanonlaşdırılması qərarının elan edilməsi üçün seçilmiş vaxt da təsadüfi deyil. Məlumdur ki, aprelin 24-də qondarma iddianın 110 illiyidir.

Üstəlik, belə addımlar ABŞ Prezidenti Donald Trampın, belə demək mümkünsə, xristian təəssübkeşliyi damarını oyatmaq məramı daşıyır. Yeri gəlmişkən, bununla bağlı diqqətçəkən olay bir neçə gün əvvəl yaşandı. Yunan ali din xadimi Birləşmiş Ştatların dövlət başçısına xaç təqdim edərək, onu İstanbulu geri almağa çağırdı.

Yunan papazın çıxardığı hoqqabazlığı nə qədər gülüncdürsə, hazırda Papa Fransiskin İ.Maloyanın din şəhidi elan etməsinə dair qərarı da bir o qədər sərsəmdir. Sərsəmlik ab-havası məsələ ilə bağlı yayılan məlumatlarda da əksini tapıb. Sən demə, Maloyandan xristianlıqdan imtina edib İslamın qəbulunu tələb ediblərmiş. Guya, din xadimi bununla razılaşmadığı üçün qətlə yetirilibmiş.

İ.Maloyanın özü barəsində məlumatlar, sanki, bir-birinin təkrarıdır. Diqqətçəkən məqam odur ki, din xadimi Birinci Dünya müharibəsi başlananda Osmanlı hakimiyyəti ilə dil tapmağa çalışmış, ancaq istəyinə müvəffəq ola bilməmişdi. Onun öldürülməsində də bu məsələ önə çəkilmişdi. Lakin ortaya suallar çıxır: Görəsən, Maloyan nə üçün hakimiyyətlə danışıqlar aparmışdı? Bu danışıqları doğuran səbəb nə olmuşdu?

Əlbəttə, başqa vurğulanmalı məqamlar da var. Məsələn, məlumdur ki, Osmanlı imperiyasında digər dinlərin daşıyıcılarına hər zaman hörmətlə yanaşılıb, onlara sərbəst etiqad azadlığı verilib. Osmanlıda xristianlıq ayrıca təqibə məruz qalmayıb. Belə olan halda, Maloyan qarşısında, iddia olunduğu kimi, xristianlıqdan üz döndərib İslamı qəbul etməklə bağlı tələb qoyulması olduqca şübhəlidir.

Başqa bir sual isə budur ki, əgər Birinci Dünya müharibəsi zamanı, konkret olaraq, 1915-ci ildə Osmanlıda xristianlıq təqib edilirdisə, nə üçün bunun qurbanı yalnız erməni keşiş Maloyan olmuşdur? Axı həmin dövrdə başqa xristian din xadiminin xoşagəlməz rəftara məruz qaldığına dair fakt yoxdur. Belə qənaətə gəlmək mümkündür ki, erməni keşişlə əlaqədar məsələdə qaranlıq məqamlar var.

Əlbəttə, bu, ilk növbədə erməni kilsəsinin özünün “mahiyyəti” ilə bağlıdır. Qənaətimizi əsaslandırmaq üçün XIX əsrin sonlarında Rusiyanın Van və Ərzurum bölgəsindəki baş konsulu olmuş Mayevskinin bir fikrini yada salmağı zəruri sayırıq. Mayevski deyirdi ki, erməni ruhaninin dinlə bağlı fəaliyyəti yox kimidir, fəqət, bunun müqabilində onun milli fikirlərin yayılmasında xidmətləri çoxdur.

Qeyd edək ki, Mayevski xatirələrində həmin dövrdə erməni terror qruplaşmalarının Qərbin müxtəlif dairələrinin əli ilə Osmanlıya qarşı hazırladıqları terror əməlləri barədə də müfəssəl qeydlər yer alır. O terror əməlləri ki, onların ilhamvericisi qismində çıxış edən məhz erməni kilsəsi olmuşdu. Ümumən, erməni tarixi üzrə mütəxəssislər kilsənin erməni dilinin, ədəbiyyatının və ənənələrinin qorunub saxlanmasında çox mühüm rol oynadığını vurğulayırlar. Onlar erməni Apostol kilsəsi rəhbərlərinin terrorçuları tərifləyən və dəstəkləyən tədbirlərə icazə verdiklərini, bu tədbirlərdə fəal iştirak etdiklərini, erməni icmasına, xüsusən gənc ermənilərə terror aktlarının kilsə tərəfindən rəsmi şəkildə təsdiqləndiyini diqqətə çatdırırlar. Habelə, tarixçilər erməni kilsəsinin terrorun sırf türk xalqını hədəf götürməsini tərifəlayiq hərəkət olduğu ideyasını yaydığını bildirirlər.

Bəli, “mübariz” erməni qruplaşmalarının terror fəaliyyətinə başladığı XIX əsrdən etibarən bu ekstremist ünsürlər arasında keşiş, yepiskop, arxiyepiskop kimi din xadimlərinin mövcudluğu danılmaz faktdır. Kilsə üzvlərinin, hətta, terror aktlarının təşkilatçılığını həyata keçirmələri, onlara birbaşa rəhbərlik etmələri də həmçinin. Məsələn, 1890-cı illərdə Amerika polisi Filadelfiyada Azmanaz Kazaryan və Qarabad Narinian adlı şəxsləri saxlamış, birinci dindirilmə zamanı Nyu-York və Filadelfiyadakı sui-qəsdləri və qarətləri erməni keşiş Martuqesyanın təşkilatçılığı ilə həyata keçirdiyini etiraf etmişdi. Yeri gəlmişkən, Martuqesyanın ABŞ-da reallaşdırdıqları əməllərə bənzər mənfur əməlləri Qafqazda yepiskop Mesrop Ter-Movsesyan və abbat Koriun törətmişdilər. Bu din xadimləri daşnakların göstərişlərinə tabe olmayan polis, jandarm və adi ermənilərə sui-qəsdlər təşkil etmişdilər.

Gələk, bilavasitə indiki Türkiyə ərazisinə. Deməli, Şərqi Anadoluda ermənilərlə müsəlmanlar arasında qarşıdurmaların qızışdırılmasında da erməni keşişlər və yepiskoplar mühüm rol oynamışdılar. Erməni tarixçisi Antraniq Çələbyanın etiraf etdiyi kimi, üsyanların və terror aktlarının hazırlanmasına bilavasitə keşişlər rəhbərlik etmişdilər. Faktı Osmanlı imperiyasında doğulmuş amerikalı yəhudi Albert J.Amateau da təsdiqləyib. O, qeyd edib ki, 1906-cı ildə çox sayda varlı erməni inqilab komitələrinə pul verməkdən imtina etdikləri üçün İzmirdə erməni terrorçuları tərəfindən qətlə yetirilmişdilər. Bu komitələri bəyənməyən və onlardan narahatlıq duyan sıravi ermənilər kilsələrin silah anbarı kimi istifadə olunması barədə dövlətə şikayətlər də ünvanlamışdılar. Amateau, həmçinin asayiş keşikçilərinin kilsəyə basqın etməsinin, oradan yük maşınları ilə silah-sursat çıxarmasının, basqın zamanı kilsədə olan beş keşişin və digər ermənilərin həbsinin şahidi olduğunu da diqqətə çatdırmışdı.

Bundan başqa, keşiş qiyafəsindəki fanatik terrorçu kimi tanınan erməni yepiskopu Muşeq nəinki qarət və sui-qəsdləri təşviq etmiş, eyni zamanda, belə əməllər üçün pul xərcləmək istəməyən imkanlı erməniləri “Vətən xaini” kimi qələmə vermiş, onların qətlinə çağırışlar səsləndirmişdi. O, 1909-cu ildə Osmanlı imperiyasında baş vermiş Adana üsyanı ərəfəsində erməniləri hər vasitə ilə silah almağa həvəsləndirmişdi. Həmin il ermənilərlə müsəlmanlar arasında yaşanmış icmalararası zorakılıq aktlarının törədilməsi də məhz Muşeqin təxribatının nəticəsi olmuşdu.

Məlumdur ki, Qarabağ avantürasına start verilməsində, azərbaycanlılara qarşı ədavətin qızışdırılmasında erməni kilsəsinin “rolu” olub. Birinci və İkinci Qarabağ müharibələri zamanı əli silahlı erməni din xadimləri də hər birimizin xatirindədir. Diqqətə çatdırdıqlarımız isə erməni kilsəsinin terrorun ilhamvericisi qismində çıxış etməsini təsdiqləyən faktların çox cüzi hissəsidir. Halbuki, faktlar həddən artıq çoxdur. Məhz bu çoxluq Osmanlı imperiyasını qəti addımlar atmağa vadar etmişdi. Birinci dünya müharibəsinə qatılan dövlət arxadan ona dəyən hay zərbəsini neyrtallaşdırmaq üçün erməni təbəələrin imperiyanın müxtəlif ərazilərinə köçürülmələrinə dair qərar çıxarmışdı. Çünki başqa çıxış yolu qalmamışdı. Terror yuvalarını dağıtmaq lazım idi ki, dövlət zərər görməsin. Əgər müqəddəs məbəd sayılan kilsədən silah çıxırdısa, nə edilməliydi?

Hazırda “erməni soyqırımı” kimi qələmə verilən qondarma iddia qeyd etdiyimiz terror və təxribatlara qarşı görülən kütləvi məcburi köçürmə tədbirinin nəticəsidir. Yəni məqsədli şəkildə erməniləri qırmaq kimi bir ideya olmamışdı və ola da bilməzdi. Aydındır ki, əhalinin bir yerdən başqa yerə daşınması asan proses deyil və istər-istəməz, itkilərlə müşayiət olunmalıdır və olunub. Məsələni kütləvi qırğın kimi qələmə vermək isə böyük haqsızlıqdır. Müvafiq olaraq, belə qənaətə gəlmək mümkündür ki, hazırda Roma Papasının “erməni soyqırımı” zamanı öldürüldüyü iddia olunan keşiş İqnatius Maloyanın kanonlaşdırılması, onun xatirəsinin din şəhidi kimi rəsmiləşdirilməsi də, yumşaq desək, son dərəcə böyük haqsızlıqdır.

Digər tərəfdən, din xadimlərinin erməni terrorunun vüsət almasındakı “roluna” dair faktları nəzərə alsaq, əslində, Maloyandan xristianlıqdan üz döndərib İslamı qəbul etmək tələb olunubsa belə, bu, daha çox dövrün xarakterindən qaynaqlanıb, Osmanlıda digər dinlərin daşıyıcılarına, o cümlədən xristian ermənilərə qarşı təqib siyasəti olmayıb. O vaxt erməni ruhanilər terroru türklərə qarşı mübarizə üsulu kimi qiymətləndirirdilər. Maloyanın indi qabardılan din uğrunda şəhidliyi kimi...

Sonda onu da bildirək ki, erməni din xadimlərinin terroru açıq və həyasızcasına qəhrəmanlıq kimi qəbul etmələri, məhkum olunmuş terrorçuların qəhrəman qiyafəsində təbliğatını aparmaları faktları bəşəriyyəti, indiki halda, Roma papası Fransiski ciddi şəkildə narahat etməlidir. Təkcə ona görə yox ki, bundan terror hədəfləri olan türklər və digər millətlər əziyyət çəkirlər. Ən əsası o səbəbdən ki, belə ermənipərəstlik dinin bəd əməllər üçün alətə çevrilməsi reallığını doğurur. Mövcud reallıq şəraitində erməni gəncləri üçün terrorçular nümunəyə, örnəyə çevrilirlər. Minlərlə erməni gəncinin İkinci Qarabağ müharibəsi zamanı hansı faciəli aqibəti yaşadığını isə bütün dünya gördü. Sözümüz ondadır ki, mənfur niyyətlər Ermənistan və ermənilər üçün yekunda böyük bəlaya və zərərə çevrilir. Bundan onların özləri nəticə çıxarmırlarsa, heç olmasa, Roma papası məsələ haqqında düşünsün.

Əvəz CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see246

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see192

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see149

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see148

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see140

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see131

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see131

Dambrauskas: “Üç xal qazandıq, amma Mikelsin zədəsi hamımızı üzdü”

05 Oktyabr 2025 18:12see128

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see126

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see124

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see124

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see123

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see123

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see123

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see123

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see120

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

06 Oktyabr 2025 17:46see120

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see118

Səhiyyə Nazirliyi Azərbaycana qrip əleyhinə vaksinlər gətirib

06 Oktyabr 2025 11:42see115

AAAF park yaşayış kompleksində yanğın olub

05 Oktyabr 2025 18:32see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri