Papoyandan etiraf: Bizim etdiyimizi türklər etsəydilər...
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ermənistanın yeni sərhəd möhürlərində Ağrı dağı təsviri olmayacaq”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan möhürdən Ağrı dağı simvolunun çıxarılması ilə bağlı danışarkən deyib.
Nazir dövlət möhüründə Ağrı dağı simvolunun yer almasının Türkiyəyə qarşı ərazi iddiası anlamına gəldiyini dolayısı ilə etiraf edib.
“Ağrı dağın şəklinin bizim dövlət sərhədinin möhüründən silinməsindən şikayət edənlərə sual:
Türkiyənin sərhəd möhüründə Araqat dağının (Ermənistan ərazisində yerləşir – red.) şəklini görsəydiniz, necə reaksiya verərdiniz?
Dünyanın əksər ölkələrinin sərhəd möhürlərində olduğu kimi, yeni möhürlərdə Ağrı dağı da daxil olmaqla, sərhəd-keçid məlumatlarından başqa hər hansı digər məlumat və ya təsvirlər olmayacaq. Markanın ölçüsü də kiçildilib ki, pasportlar bir çox səyahətçilər üçün daha uzunmüddətli olsun”, - Papoyan bildirib.
Xatırladaq ki, Ağrı dağı Türkiyə ərazisində yerləşir. Bu, ölkənin ən hündür dağıdır. Ermənilər illərdir Türkiyənin bu ərazisinə əsassız iddialar irəli sürürlər. Bu iddia Ermənistan Konstitusiyasında da öz əksini tapıb. Burada Azərbaycana qarşı da ərazi iddiaları yer alır. Rəsmi Bakı bunu əsas gətirərək, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistandan Konstitusiyanın bu hissəsinin dəyişdirilməsini tələb edib. /teleqraf.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 16 Sentyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















